XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Mstislav Rostropoviçin anadan olmasının 97 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
27/03/2024 09:37

Mstislav Rostropoviç 1927-ci il martın 27-də Bakıda anadan olub. O, Moskva Konservatoriyasında fortepiano, violonçel ifaçılığı ilə yanaşı, dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnib. Böyük Teatrda P.Çaykovskinin “Yevgeni Onegin” operası ilə yüksək dirijorluq istedadını nümayiş etdirib. O, “Heydər Əliyev” ordeninə, Fransanın “Şərəf Legionu” ordeninə, müxtəlif universitetlərin fəxri doktoru adına və digər mükafatlara layiq görülüb. Dünya şöhrətli sənətkarın 2002-ci ildə Bakıda ev-muzeyi açılıb.

Mstislav Rostropoviç 2007-ci ildə vəfat edib.

Baxış sayı: 102