XƏBƏRLƏR
MƏLUMAT
Bu günün tarixi
ÜMÜMİ XƏBƏRLƏR
29/11/2019 00:33

1580 – İngilis səyyah Frensis Dreyk dünya səyahətini başa vuraraq vətənə dönüb.

1783 – Rus əlifbasına yeni hərf – "Ё" əlavə edilib.

1899 – Barselona futbol klubu yaradılıb.

1920 – Azərbaycan SSR İnqilab Komitəsinin qərarı ilə kənd və nahiyə inqilab komitələri ləğv edilib, onların yerində kənd və nahiyə yoxsul komitələri yaradılıb.

1920 – XI Qızıl Ordu İrəvana daxil olub, Ermənistanda sovet hakimiyyəti qurulub.

1922 – Tutanxamonun mumiyasının ardından onun varidatı da aşkar edilib.

1928 – Tahir Salahov - Sovet Azərbaycan və Rusiya rəssamı, müəllim və professor, SSRİ xalq rəssamı (1973) dünyaya gəlib.

1929 – Amerikan təyyarəçi Riçard Bird ilk dəfə Cənub Qütbü üzərindən uçub.

1932 – SSRİ və Fransa hücum etməmək barədə pakt imzalayıb.

1932 – Jak Şirak – Fransa prezidenti dünyaya gəlib.

1934 – Abdulla Cövdət – Gənc Türklər hərəkatının liderlərindən biri vəfat edib.

1939 – Sevda İbrahimova – Bəstəkar dünyaya gəlib.

1945 – Yuqoslaviyada monarxiya federativ respublika ilə əvəz olunub.

1947 – Mirzə Xəzər – jurnalist, publisist, naşir, Bibliyanın tərcüməçisi dünyaya gəlib.

1962 – Fransa və Böyük Britaniya səsdənsürətli mülki təyyarə (Concorde) istehsal etmək barədə müqavilə imzalayıb.

1979 – Amerika hökuməti səfirlik əməkdaşlarının girov götürülməsinə görə İrandan Haaqa Məhkəməsinə şikayət edib.

2009 – Svetlana Qasımova – azərbaycanlı ictimai-siyasi xadim vəfat edib.

Baxış sayı: 11391