XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar rəssam Ağasaleh Nuriyevin anadan olmasının 84 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
28/03/2024 09:43

Ağasaleh Nuriyev 1940-cı il martın 28-də Bakıda anadan olub. O, Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, Kiyev Dövlət Rəssamlıq İnstitutunu rəssam-monumentalçı ixtisası üzrə bitirib. Əsərləri xarici ölkələrin sərgilərində nümayiş olunub. Azərbaycan Rəssamlar İttifaqında, Səməd Vurğunun Ev-Muzeyində vitraj kompozisiyaların, AMEA Əlyazmalar İnstitutunda M.Füzuli və M.Ş.Vazehin vitraj portretləri və Bibiheybət məscidində vitrajların müəllifidir. Dəzgah vitraj nümunələri arasında “Kristal struktur”, “Ritmik kompozisiya I”, “Bürkü”, “Uçuş”, “Metamorfoz”, “Noktürn”, “Müasir ritmlər”, “Major kompozisiyası” və s. göstərmək olar. Rəssam “Musiqiçilər” kompozisiyası ilə Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak edərək medal ilə mükafatlandırılıb.

Ağasaleh Nuriyev 2023-cü ildə vəfat edib.

Baxış sayı: 122