XƏBƏRLƏR
MƏLUMAT
Bizi birləşdirən “Ayrılıq”
ÜMÜMİ XƏBƏRLƏR
02/07/2020 08:08

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan-İran musiqiçilərinin birgə layihəsi – musiqisi məşhur bəstəkar Əli Səlimiyə, sözləri Fərhad İbrahimiyə məxsus “Ayrılıq” mahnısı sosial şəbəkə izləyicilərinə təqdim edilib.

Şərqlə Qərb instumentalizminin həmahəng səslənməsi Azərbaycan bəstəkarlıq məktəbinin ən gözəl ənənələri və xalq musiqisinin özünəməxsus tərzinin hakim kəsildiyi musiqi əsəri peşəkar və həssas yanaşmanın nümunəsidir.   

Xatırladaq ki, “Ayrılıq” mahnısını ilk dəfə görkəmli müğənni, SSRİ-nin Xalq artisti Rəşid Behbudov ifa edib. Daha sonra İranın məşhur müğənnisi Ququş, “Ayrılığ”ın işığı ilə cahanı dolaşan Xalq artisti Yaqub Zurufçu, Türkiyənin tanınmış müğənniləri Barış Manço və Zeku Muren də bu musiqi əsərinə dəfələrlə müraciət ediblər.

Baş İdarənin dəstəyi çəkilən klipdə hər iki ölkəni təmsil edən ifaçılar - fortepiano və vokal - @muhammedofficial_music, çelloda - chopinnocturne ellist -@emisha_cello, neydə - @goudarzihamed1982, mix & mastering - @toofan.studio @promixpro çalışıb. Klipin art direktoru - @gnaraofficial, direktoru isə Nurlan Həsənzadədir. Klipin operatoru və montajı Pərviz Niyazoğluna aiddir.

Klipin hazırlanmasında göstərdikləri köməyə görə Etibar Əsədliyə, Aleks Anişenkoya xüsusi təşəkkürlərimizi bildiririk.

https://youtu.be/iqhqgyBxbf0

 

Baxış sayı: 1024