XƏBƏRLƏR
MƏLUMAT
“Biz xoşbəxt uşaqlarıq” adlı müxtəlif nominasiyalar üzrə çoxjanrlı beynəlxalq müsabiqə keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
27/03/2024 11:44

28-29 mart tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Qazaxıstanın “Xoşbəxt ölkənin uşaqları” İctimai Fondu və Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə “Biz xoşbəxt uşaqlarıq” adlı müxtəlif nominasiyalar üzrə çoxjanrlı beynəlxalq müsabiqə  keçiriləcək.

Müsabiqənin açılış mərasimi Mərdəkan Mədəniyyət Sarayında baş tutacaq.

Azərbaycan – Qazaxıstan  dostluq əlaqələrinin bir nümunəsi olan bu müsabiqə musiqi məktəbləri arasında təcrübə mübadiləsinin aparılması, gənc istedadların aşkar edilməsi, onların  musiqi duyumunun inkişaf etdirilməsi, yaradıcılıq potensialının genişləndirilməsi məqsədi daşıyır.

Müsabiqədə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan istedadlı uşaqlar iştirak edəcəklər.

Baxış sayı: 643