XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon MKS-nin 6 saylı filialında “Şuşanın dağları başı dumanlı” adlı söhbət keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2019 14:26

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon MKS-nin 6 saylı filialında “Şuşanın dağları başı dumanlı” adlı söhbət keçirilib.

Filialın böyük kitabxanaçısı Rəxşəndə Həsənova oxuculara bu gunun tarixi barədə məlumat verib. Bildirib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşa 1992-ci il may ayının 8-də işğal edilib. Bunun nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 600 nəfər yaralanıb, 150 nəfər əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yurdunu tərk edib məcburi köçkün vəziyyətinə düşüb. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib.     

Sonda oxucular sərgi ilə tanış olublar.

Baxış sayı: 2405