XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon MKS-nin 6 saylı filialında “Abbas Səhhət-145” başlığı altında sərgi-söhbət keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 16:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon MKS-nin 6 saylı filialında “Abbas Səhhət-145” başlığı altında sərgi-söhbət keçirilib.

Söhbətdə  Binəqədi rayon 182 saylı tam orta məktəbin şagirdləri iştirak edib.    

Filialın müdiri Mərziyə Hüseynli şair, dramaturq, tərcüməçi Abbas Səhhətin həyatı, yaradıcılığı, uşaqlara həsr etdiyi şeirlər barədə oxuculara məlumat verib. Qeyd edib ki, ixtisasca həkim olan Abbas Səhhət 1903-cü ildən etibarən ədəbi fəaliyyətə başlayıb və yazdığı məqalələr “Şərqi-Rus” qəzetində çap olunub. 1912-ci ildə şairin “Sınıq saz”,  Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” şeirlər toplusu işıq üzü görüb.   

Abbas Səhhətin yaradıcılığına Şərqin Nizami, Hafiz, Sədi kimi şairlərinin böyük təsiri olub.

Sonra kitabxananın fəal oxucuları şairin şeirlərindən parçalar söyləyiblər.

Sonda tədbir iştirakçıları kitab sərgisi ilə tanış olublar.

Baxış sayı: 86541