XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi Mərkəzi Mədəniyyət evində dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2019 14:39

Mayın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi Mərkəzi Mədəniyyət evində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar olaraq “Dəyirmi masa” keçirilib.

Tədbiri giriş sözü ilə Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru Ş.Səmədov açaraq, qonaqları salamlayıb, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib.

Sonra Mədəniyyət Evinin bədii rəhbəri A.Mustafayeva, A.Qurbanov adına Xalq teatrının rejissoru Ə.Abdullayev, “Poeziya” dərnəyinin rəhbəri H.Həsənov və qəsəbə sakinləri öz çıxışlarında ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində qoyduğu silinməz izlərdən bəhs ediblər.

Sonda isə “Poeziya” dərnəyi üzvlərinin ifasında ulu öndər Heydər Əliyevə həsr olunmuş “Şərqdə parlayan ulduz” adlı kompozisiya səsləndirilib. 

Baxış sayı: 78760