XƏBƏRLƏR
MƏLUMAT
Beynəlxalq müsabiqələr laureatları Tofiq Şıxıyev və Umay Şafak Ankaradan canlı konsert verəcəklər
ÜMÜMİ XƏBƏRLƏR
03/07/2020 07:12

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi xaricdə yaşayan və ölkəmizi onun hüdudlarından kənarda layiqincə təmsil edən həmvətənlərimizin yaradıcılığını, əldə etdikləri uğurları daim diqqətdə saxlayır. Hər biri mədəniyyətlər arasında bir körpü olan həmvətənlərimiz bu gün dünyanı bürüyən koronavirus pandemiyası dövründə böyük həvəslə həmkarları ilə birlikdə #senetinledestekle çağırışına qoşulurlar.

İyulun 6-sı saat 21.00-da Ankaradan canlı efirə qoşulan beynəlxalq müsabiqələr laureatı Tofiq Şıxıyev pianoda və onun sənət dostu Umay Şafak isə klarnetdə öz ifaları ilə gecəyə xüsusi rəng qatacaqlar.

Tofiq Şıxıyev 1993-cü ildə Bakıda anadan olub. 2007-ci ildə 11 sayli musiqi mektebini fərqlənmə diploma ilə bitirərək Azərbaycan Milli Konservatoriyasının nəzdində musiqi kollecinə Diana Zəkiyevanın sinfinə qebul olub. 2011-ci ilde kolleci uğurla başa vurub və 2012-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına professor, Əməkdar incəsənət xadimi Oqtay Abbasquliyevin sinfinə daxil olur. 2016-cı ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. Magistratura pillesinə SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəylinin sinfinə daxil olur. 2018-ci ilde BMA-da təhsilini böyük müvəffəqiyyətlə başa çatdırıb. Bakıda coxsaylı solo konsertlər ilə çıxış edib.

Respublika müsabiqələrində laureat olub. 2015-ci ildə Gənclər mükafatına layiq görülüb. İtaliya, İspaniya, ABŞ, Türkiyə, Fransada keçirilən çoxsaylı beynəlxalq müsabiqələrdə “Qran-Pri” və laureat adını qazanıb.

Almaniya, İtaliya, Polşa, Finlandiya, Avstriya, Yunanıstan, Belçika, Niderland kimi olkələrdə konsert programları ilə çıxış edib. Hal-hazırda Türkiyədə çalışır və konsert fəaliyyətini davam etdirir

Umay Şafak 1997-ci ildə Ankarada anadan olub. Sənət həyatına 2004-cü ildə kaman və balet dərsləri alaraq başlayıb. 2008-ci ildə Hacettəpə Universiteti Ankara Dövlət Konservatoriyasında Klarnet ixtisası üzrə təhsil alıb. 2011-2019-cu illərdə Ankara Gənclik Simfonik Orkestri, Çukurova Dövlət Simfonik Orkestri, Bilkənt Gənclik Simfonik Orkestri ilə bir çox konsertlərdə iştirak edir. 2017-ci ildə Almaniya, İtaliya, Çexiya turnesinə qatılaraq konsertlərlə çıxış edir.

Gənc musiqiçilərlə canlı ünsiyyət qurmaq istəyənlər iyukun 6-si saat 21.00-da Baş İdarənin @bakimedeniyyetidaresi rəsmi “instagram” hesabına qoşula bilərlər.

Baxış sayı: 2215