İyunun 12-də Bakı KitabMərkəzində Xalq şairiFikrətQocailə görüş keçirilib.
AZƏRTAC xəbərverirki, görüş çərçivəsində Əsirvə itkindüşmüş, girovgötürülmüş vətəndaşlarla əlaqədarDövlətKomissiyasınınmaliyyə dəstəyiilə çapolunmuş gəncmüəlliflər - İlkin Şükürbəylivə NəsimiFaiqoğlunun “Qətledilmiş uşaqlar” kitabınıntəqdimatı keçirilib.
Tədbiri Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq görüşün mərkəzin reallaşdırdığı “Yazıçı ilə dialoq” layihəsi çərçivəsində baş tutduğunu bildirib.
Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Fikrət Qocanın həyat yolu və yaradıcılığından söz açıb.
Bildirilib ki, şairin şeirlərində vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olan Fikrət Qoca həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şerlər həsr edib. 1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, – qiyamətədək” (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub. Şeirlərinə çoxlu sayda musiqi bəstələnib.
Yaradıcılığının əsasında dayanan yeni fikir, yeni ahəng uğrunda apardığı mübarizə diqqəti cəlb edir. Bu, o deməkdir ki, onun yaradıcılığında ənənə və novatorluq ayrıca çalarlar ilə üzə çıxır. Fikrət Qoca şeirləri heca vəznində yaratsa da, onun sərbəst düşüncələrində qafiyə axtarışı kənarda qalır. Bu keyfiyyətlər yaradıcılığında təbii və səmimi şəkildə üzə çıxdığı üçün diqqətəlayiqdir.
Tədbirdə Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Xalq şairi Nəriman Həsənzadə, filologiya elmləri doktoru Gülxani Pənah, AYB-in katibi Rəşad Məcid və başqaları çıxış edərək qələm dostları Fikrət Qocanın bənzərsiz yaradıcılıq yolundan söz açıblar. Bildirilib ki, Fikrət Qoca çoxşaxəli yaradıcılıq axtarışları ilə hər zaman oxucuların görüşünə bir-birindən maraqlı əsərlərlə gəlib.
“Qətl edilmiş uşaqlar” kitabının böyük əhəmiyyət daşıdığını bildirən natiqlər söyləyiblər ki, nəşrə “Ön söz”ü Fikrət Qoca yazıb.
Qarabağ müharibəsi zamanı ölkəmizin üzləşdiyi problemlərdən və Azərbaycan torpaqlarında ermənilərin törətdiyi cinayətlərdən söz açan natiqlər uşaqların yaşadığı acınacaqlı taledən danışıblar. Vurğulanıb ki, münaqişə zamanı işğalçı dövlət tərəfindən əsas hədəflərdən biri elə dinc əhali və uşaqlar olub.
Bildirilib ki, yeni nəşr hər sətrindən qan daman sənədlər toplusudur. Kitabın səhifələrindən şəhid olmuş, itkin düşmüş uşaqların, hələ dil açmamış həyatına son qoyulan körpələrin məhv edilmiş taleyi boylanır. Bu körpələrin, yeniyetmə uşaqların həyatını məhv edən isə dünya qarşısında özünü soyqırımına məruz qalmış xalq kimi tanıdan, yalandan göz yaşları tökən Ermənistan hakimiyyəti və ermənilərin faşist xislətli havadarlarıdır.
Qeyd olunub ki, kitab müharibə qurbanları ilə bağlı məsələlərin və ermənilər tərəfindən humanitar normaların pozulması faktlarının öyrənilməsində böyük əhəmiyyət daşıyır.
Sonra Fikrət Qoca fikir və düşüncələrini bölüşüb və “Ön söz” yazdığı kitabın əhəmiyyətindən danışıb. Deyib ki, bu kitab qisas üçün deyil, yaddaş üçündür. Xalq şairi bildirib ki, kitab Azərbaycan dili ilə yanaşı, ingilis, fransız və alman dillərində hazırlanıb.
Sonda şair iştirakçıların suallarını cavablandırıb.
- 16:48 “İzi qalanlar” adlı anım tədbiri keçirilib
- 16:32 Qaradağ rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 16:18 “Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib
- 15:23 “İki Ali Dəyəri Birləşdirən Müdrik Qadın” adlı tədbir keçirilib
- 14:08 Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər
- 14:02 Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb
- 12:20 Mədəniyyət naziri Adil Kərimli Qubada vətəndaşları qəbul edəcək
- 11:47 Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub
- 11:41 Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 11:39 Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb
- 11:05 “Asılılığın fəsadları” adlı marifləndirici tədbir keçirilib
- 10:40 Böyük yazıçı, alim və pedaqoq
- 09:53 Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək
- 09:41 Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib
- 09:37 Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib
- 09:34 Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
- 17:40 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 17:37 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 16:03 Yuğ teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır
- 15:00 Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub
- 12:27 Türkmən şairi Maqtımqulu Fraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub
- 11:37 Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür
- 10:38 Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
- 10:29 İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
- 09:49 Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
- 09:26 Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
- 09:25 Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
- 09:22 Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 17:01 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 16:45 Yazıçı, şair Şövkət Zərin Horovlunun yaradıcılıq gecəsi keçirilib
- 16:34 "Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda dəyirmi masa keçirilib
- 15:02 Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 14:56 Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 11:59 33 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 11:54 Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb
- 09:59 “Qırğız Kino Günləri”nin açılış mərasimi keçirilib
- 09:34 Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
- 09:31 İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub
- 17:20 Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər
- 16:28 Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb
- 14:29 Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq
- 12:16 Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək
- 12:10 “Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa
- 11:53 İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb
- 11:47 Uşaq yazarları ilə görüş keçirilib
- 11:00 Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb
- 09:45 Bu gün Dünya Kitab və Müəlliflik Hüququ Günüdür
- 09:38 “Xalqın mədəni sərvəti” sənət layihəsinin bağlanış mərasimi olub
- 09:33 V “Məmməd Araz Poeziya günü”nə yekun vurulub
- 17:04 Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evində Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib
- 16:55 “60 çiçək – bir çələng” Zəfər almanaxının təqdimatı keçirilib
- 16:41 Bakı Müasir Musiqi Cəmiyyəti Fərəc Qarayevin yaradıcılığına həsr olunmuş konsert təşkil edəcək
- 15:36 “Utancaq qız” növbəti dəfə səhnədə
- 15:08 Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
- 11:07 Şüvəlan qəsəbə Mədəniyyət evi “Çiçəklənən ölkəmiz” adlı aksiya keçirib
- 11:04 Yazıçı-publisist Hacı Qəni Camalzadə ilə görüş keçirilib
- 10:41 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən layihə davam edir
- 10:30 “Gəncliyin məhvi- narkomaniya” adlı maarifləndirici söhbət keçirilib
- 10:27 Bu gün Xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 113-cü ildönümü tamam olur
- 09:35 Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək