XƏBƏRLƏR
MƏLUMAT
Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
19/03/2024 09:28

Martın 18-də Bakı Kitab Mərkəzi sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi internat məktəbi və 10 nömrəli sanatoriya tipli internat məktəbinin şagirdləri üçün Novruz şənliyi təşkil edib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, tədbirin artıq ənənəyə çevrildiyini qeyd edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva “Regional İnkişaf” İctimai Birliyinə (RİİB), 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbər və müəllimlərinə, eləcə də “Coffemood”a şənliyin təşkilinə verdikləri dəstəyə görə təşəkkür edib.

Tədbirdə Bakı şəhəri 3 nömrəli UGİM tərəfindən təşkil edilmiş “Xonçalı Novruz” adlı musiqili-əyləncəli proqram nümayiş olunub.

Uşaqlar üçün, həmçinin “Nağıl saatı”, face art, nahar süfrəsi təşkil edilib.

Sonda Bakı Kitab Mərkəzi adından uşaqlara hədiyyələr və şirin sovqat paylanılıb.

 

Baxış sayı: 209