XƏBƏRLƏR
MƏLUMAT
Badamdar qəsəbə Mədəniyyət evində “Dərs” bədii filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 08:45

Mayın 27-də və 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Badamdar qəsəbə Mədəniyyət evində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə rejissorlar Rafiq Əliyev və Cavid Təvəkkülün birgə lentə aldıqları "Dərs" bədii filmi Azərbaycan və rus dillərində nümayiş edilib.

236 saylı məktəbin şagirdləri mayın 27-də filmin rejissoru, Azərbaycanın Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Rafiq Əliyevlə görüşərək, məktəblilərin həyatından, müəllim-şagird-valideyn münasibətlərindən bəhs edən ekran əsəri haqqında müzakirələr aparıblar.

236 saylı məktəbin psixoloqu Vəcihə Əliyeva da film haqqında təəssüratlarını məktəblilərlə bölüşüb. Tədbir maraqlı diskussiya ilə davam edib.

Mayın 29-da isə ilk olaraq Mədəniyyət evinin bədii rəhbəri R.Hüseynova 236 saylı məktəbin rus bölməsində oxuyan şagirdlərə film haqqında qısa məlumat verib.

Sonra məktəblilərə fiım nümayiş etdiriib.

Tədbir müəllim Lalə Qasımova ilə şagirdlər arasında film haqqında diskussiya ilə davam edib.

Film müəllim və şagirdlərə xoş təəssürat bağışlayıb.

 

Baxış sayı: 49712