XƏBƏRLƏR
MƏLUMAT
Badamdar qəsəbə Mədəniyyət evi “28 May - Respublika Günü”nə həsr olunmuş tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 09:41

Mayın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Badamdar qəsəbə Mədəniyyət evi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayında “28 May - Respublika Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirin aparıcısı Rəna Hüseynova Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın siyası şüur səviyyəsi, intellektual və mədəni potensialı, yüksək istedad və qalibiyyətinin mədəni göstəricisi olduğu və s. haqqında tədbir iştirakçılarına qısa məlumat verib.

Bədii hissədə Badamdar qəsəbə Mədəniyyət evinin oğlanlardan ibarət "Bakı ritm qrupu"nın çıxışı, müğənnilər Sona Nərimanqızının, Orxan İsazadənin, Rəhman Mirzəzadənin, Maqa Cavadovun, "İnci" və "AS" qruplarının çıxışları tədbirə rəng qatıb.

Sonda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayı tərəfindən tədbir iştirakçıları Fəxri fərmanlarla təltif ediliblər.

 

Baxış sayı: 33706