XƏBƏRLƏR
MƏLUMAT
Ağaxan Abdullayev adına Mədəniyyət Mərkəzi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Ağ göyərçinlər” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2019 08:45

Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin  Ağaxan Abdullayev adına Mədəniyyət Mərkəzinin kollektivi Türkan qəsəbəsindəki 262 saylı tam orta məktəbdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Ağ göyərçinlər” adlı tədbir keçirib.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səslənib.

Sonra uşaqlar “Tıq-Tıq xanım”, “Şəngülüm Şüngülüm”, “Qoğal” nağıllarını tədbir iştirakçılarına nümayiş etdiriblər.

Daha sonra Mərkəzin metodistdi Tənay Abbasova bildirib ki, dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bu bayramla yanaşı, BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. “Ümumdünya Uşaqlar Günü” 1954-cü ildə BMT-nin Baş Assambleyasının № 836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi göstərilib.

Sonda uşaqlar şən mahnılar, şeirlərlə tədbiri yekunlaşdırıb.

Baxış sayı: 82879