XƏBƏRLƏR
MƏLUMAT
A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 13:33

Mayın  7-də  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin  A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Ziyavər Əhmədova açaraq bildirib ki,  Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr edib, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət edib. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməyib. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Bədii rəhbər Günay Məmmədzadə, metodist Rəisə Sadıqova Ümummilli liderin keçdiyi həyat yolu haqqında geniş məlumat veriblər.

Tədbir zamanı Ümummilli lider Heydər Əliyevə həsr olunmuş mahnılar səsləndirilib.

Baxış sayı: 21529