XƏBƏRLƏR
MƏLUMAT
“Balacalara Novruz töhfəsi” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/03/2024 15:44

Martın 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 129 saylı uşaq bağçası ilə birlikdə “Balacalara Novruz töhfəsi” adlı tədbir keçirib.

İlk öncə kitabxananın əməkdaşı Novruz bayramı və adətlərimiz haqqında məlumat verib və uşaqları bu gözəl bayram münasibətilə təbrik edib.

Tədbirdə uşaqlar  səhnəciklər göstərərək, şeirlər söyləyib, rəqslər edərək mahnılar oxuyublar.

Baxış sayı: 220