XƏBƏRLƏR
MƏLUMAT
37 nömrəli uşaq musiqi məktəbində Qələbə gününə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 09:22

Mayın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 37 nömrəli uşaq musiqi məktəbində Qələbə gününə həsr olunmuş konsert keçirilib.

Şagirdlərin ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri, el havaları səslənib.

Sonda məktəbin direktoru Möhüb Babayev şagirdləri, valideynləri və müəllimləri təbrik edərək, növbəti Qələbə gününü Qarabağımızda qeyd etməyi arzulayıb.

Baxış sayı: 41872