XƏBƏRLƏR
MƏLUMAT
33 nömrəli Uşaq Musiqi Məktəbində “Elimə bahar gəlir” adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/03/2024 15:37

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 33 nömrəli Uşaq Musiqi Məktəbində Novruz bayramı münasibətilə “Elimə bahar gəlir” adlı konsert keçirilib.

İlk öncə Novruz haqqında məruzə dinlənilib. 

Sonra məktəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdlərin və onların müəllimlərinin ifasında bayram konserti təqdim olunub. Kosa və Keçəlin məzəli söhbətləri tədbirə əsl bayram əhval-ruhiyyəsi qatıb. 

Baxış sayı: 247