XƏBƏRLƏR
MƏLUMAT
28 nömrəli uşaq musiqi məktəbi "28 May - Respublika günü"nə həsr olunmuş tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2019 11:09

Mayın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin28 nömrəli uşaq musiqi məktəbi "28 May - Respublika günü"nə həsr olunmuş tədbir keçirib.

Konserti ilk olaraq məktəbin müəllimi Samirə Həsənli öz çıxışı ilə

açıb, Respublika gününün tarixi haqqında geniş məlumat verib və bayram  münasibəti ilə konsertdə iştirak edən şagirdləri, müəllimləri və qonaqları təbrik edib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin musiqi təhsili və incəsənət  sektorunun  müdiri  B.Məmmədəliyeva, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələri, uşaq musiqi və incəsənət məktəblərinin direktorları və bir sıra qonaqlar iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov 28 nömrəli uşaq musiqi məktəbinin müəllimlərini "28 May - Respublika günü" münasibəti ilə təbrik edib, rayonun ictimai-siyasi həyatında iştirakına və səmərəli fəaliyyətinə görə fəxri fərmanlarla təltif edib.

Sonra 28 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.

Baxış sayı: 51819