XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Nəsimi ili” ilə əlaqədar növbəti tədbir təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
14/03/2019 09:29
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Nəsimi ili” ilə əlaqədar növbəti tədbir təşkil edib


Martın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnazyasında tədbir təşkil edib.

Tədbiri Mərkəzi Kitabxananın əməkdaşı İradə Hüseynova açaraq, İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından biri olduğundan danışıb.

Sonra 8-ci və 9-cu sinif şagirdləri Əliulla Vəliyev,Fidan Namazova, Almaz Həsənzadə,Məhəmməd Salmanzadə, Rufiz Quluzadə,Fidan Tahirova,Zeynəb Cəbrayılova və Ayla Qafqazlı Nəsiminin həyatından bəhs edən səhnəcik numayiş ediblər,şairin qəzəllərindən parçalar ifa ediblər.

Sonda Yasamal rayon MKS-nin Mərkəzi Kitabxana əməkdaşlarının şairin kitablarından ibarət hazırladıqları sərgi və “Nəsimi ili” stendinə baxış keçirilib,“Nəsimi” filmindən fraqmentlər nümayiş olunub.


baku-art.az


Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Nəsimi ili” ilə əlaqədar növbəti tədbir təşkil edib

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Nəsimi ili” ilə əlaqədar növbəti tədbir təşkil edib

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Nəsimi ili” ilə əlaqədar növbəti tədbir təşkil edib

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Nəsimi ili” ilə əlaqədar növbəti tədbir təşkil edib
Baxış sayı: 44164