XƏBƏRLƏR
MƏLUMAT
Gənc ifaçıların «WORLD HARMONY» Beynəlxalq Klassik və folklor musiqi müsabiqəsi keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
13/03/2019 17:29
 Gənc ifaçıların «WORLD HARMONY» Beynəlxalq Klassik və folklor musiqi müsabiqəsi keçiriləcək


Aprelin 2 - 8 də Bakı şəhərində MDB iştirakçı dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (МФГС), Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə maliyyə və təşkilatı dəstəyi ilə Gənc ifaçıların «WORLD HARMONY» Beynəlxalq Klassik və folklor musiqi müsabiqəsi keçiriləcək.

Müsabiqənin təşkilat komitəsi artıq öz işinə başlamış və sənədlərin qəbulu, müsabiqənin yüksək səviyyədə təşkili məsələləri ilə ciddi məşğul olur.

Gənc ifaçıların «WORLD HARMONY» Beynəlxalq Klassik və folklor musiqi müsabiqəsi instrumental solo – fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri, vokal - akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik, milli və estrada), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil ediləcək. Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) təxminən 300 nəfərə yaxın ifaçı və onlarla kollektivin iştirakı gözlənilir.

Müsabiqənin münsiflər heyəti Azərbaycan daxil olmaqla Belarus, Fransa, Gürcüstan, İsrail, Qazaxıstan, Litva, Macarıstan, Rusiya, Ukrayna kimi ölkələrdən dəvət olunmuş görkəmli mütəxəssislərdən ibarətdir. Müsabiqə ərəfəsində dünyaşöhrətli professional musiqiçilər tərəfindən fortepiano, vokal, simli, nəfəs alətləri ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq.

Aprel ayının 4-də M. Maqomayev adına Azərbaycan Akademik Dövlət Filarmoniyasında Sankt-Peterburq musiqi liseyinin Ümumrusiya və Beynəlxalq müsabiqə laureatları olan müəllim və şagirdlərinin iştirakı ilə konsert və aprel ayının 7-də müsabiqə qaliblərinin möhtəşəm qala-konserti, mükafatlandırma mərasimi keçiriləcək, seçilmiş iştirakçılara hədiyyələr və pul mükafatları təqdim olunacaq.

baku-art.az

Baxış sayı: 13483