XƏBƏRLƏR
MƏLUMAT
8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/03/2019 13:00
8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib


Martın 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbirində iştirak edib.

Tədbir Yasamal rayon İcra Hakimiyyətinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Ağ çiçəyim” şadlıq sarayında təşkil edilib.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov bayram münasibətilə qadınları təbrik edərək Yasamal rayon İcra Hakimiyyəti Aparatında və elm, təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan və digər qurumlarda fəaliyyət göstərən, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadınlar Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edib.

Tədbirin sonunda Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin direktoru A. Əhmədova Rayon ictimai həyatında fəal iştirak etdiyinə görə Fəxri Fərman ilə təltif olunub.

baku-art.az

Baxış sayı: 75486