XƏBƏRLƏR
MƏLUMAT
13 nömrəli uşaq musiqi məktəbi “Səhərçağı” verlişinin qonağı olub
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 13:20

Mayın 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbi Azərbaycan televiziyasının Mədəniyyət kanalının “Səhərçağı” verlişinin qonağı olub.

Tədris işləri üzrə direktor müavini Vəcihə Həşimova çıxışında Fransa, İsveçrədə keçirilən Adilə Əliyeva adına 14-cü Beynəlxalq pianoçuların və gənc instrumental ifaçıların müsabiqəsində məktəbin 1-ci sinif şagirdi Məleykə Rüstəmlinin 3-cü yerə layiq görülməsindən danışıb. Müsabiqədə göstərilən dəstəyə görə rəhbərlik adından Mədəniyyət Nazirliyinə, Mədəniyyət Baş İdarəsinə və müəllimi Rəna Məmmədovaya təşəkkürünü bildirib.

Baxış sayı: 13437