XƏBƏRLƏR
MƏLUMAT
”Vətəni yaşadanlar” rubrikasında Mail Əzizov
ÜMÜMİ XƏBƏRLƏR
28/08/2023 01:01

Mail Əzizov 2000-ci il avqustun 28-də Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Mail Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Mail Əzizov 25 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. Lənkəran rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Mail Əzizov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Baxış sayı: 170