
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Azərbaycanın görkəmli yazıçısı Süleyman Sani Axundovun anım günü ilə əlaqədar "Unudulmaz hekayələr müəllifi Süleyman Sani Axundov" adlı virtual sərgi təqdim edib.
Süleyman Sani Axundov 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olub. O, uşaq yaşlarında atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyüyüb. Süleyman Sani Axundov 1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilib. O, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olub, yazıçı, jurnalist kimi tanınıb.
Süleyman Sani Axundov 1906-cı ildə Bakıda çağırılmış Azərbaycan müəllimlərinin I qurultayında iştirak edib. 1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışıb. 1922-ci ildə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilib. Ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə ona "Əmək Qəhrəmanı" adı verilib. 1921-ci ildən 1930-cu ilədək fasiləsiz Bakı Soveti üzvü, Bakı İcraiyyə Komitəsinin namizədi və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü olub. "İkinci il" adlı dərs kitabının müəllifidir.
Süleyman Sani Axundovun ilk yaradıcılıq əsəri "Tamahkar" komediyasıdır. O bu əsərini Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərinin təsiri ilə 1899-cu ildə yazıb.
Bu komediyasında o, dövrün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxıb, İmran, Gülzar, Şərəf xanım kimi müsbət surətlər yaradaraq yeni nəsli həqiqətə, fədakarlığa sövq etməyə, oxucu və tamaşaçılarda gözəl həyat arzuları oyatmağa çalışıb. 1907-ci ildə qələmə aldığı "Dibdat bəy", "Türk birliyi" adlı komediyaları ilə Azərbaycan teatr səhnəsinə siyasi-ictimai mövzu gətirib. "Laçın yuvası", "Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" pyeslərinin müəllifidir.
Süleyman Sani Axundov həm də orijinal nasirdir. "Qonaqlıq", "Kövkəbi-hürriyyət", "Yuxu" onun ilk hekayələridir. O bu klassik əsərlərini 1905-ci il inqilabının təsiri ilə yazıb.
Yazıçı "Tutuquşu" hekayəsində də aktual məsələyə toxunub. Ədib təxminən bir səhifə həcmində olan bu hekayəsində təqlidçiləri, ana dilinə xor baxanları tutuquşunun simasında ifşa edib.
Süleyman Sani Axundovun yazdığı "Qan bulağı", "Ümid çırağı", "Cəhalət qurbanı”, "Nə üçün", "Təbrik", "Sona xala", "Namus", "Mister Qreyin köpəyi", "Son ümid", "İki dost, iki düşmən", "Gənc maşinistka və qoca yazıçı" hekayələri Azərbaycan nəsrinin qiymətli nümunələrindəndir.
XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında da onun böyük xidməti vardır. Ədib "Qorxulu nağıllar" başlığı altında yazdığı "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin", "Qaraca qız", "Əşrəf" ilə Azərbaycan uşaq ədəbiyyatında forma, məzmun, üslub yenilikləri gətirib.
Süleyman Sani Axundov 29 mart 1939-cu ildə, 63 yaşında vəfat edib.
Videoçarxa aşağıdakı keçiddən baxa bilərsiniz:
https://www.instagram.com/tv/CM_SBDtniHS/?igshid=9vwju31f7p0n
- 09:14 Litvada “Odlar Yurdu”nun muğam virtuozları” adlı konsert olub
- 17:35 Uşaq İncəsənət Festivalında ikinci seçim mərhələsi başlayıb
- 16:21 “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin növbəti mərhələsi başa çatıb
- 14:11 Türkmənistanda “Azərbaycan Milli Günü” – Mədəni İrsimizin Parlaq Təqdimatı
- 10:53 Gənclər Kitabxanasında “Akademik Mustafa bəy Topçubaşov – 130” adlı elektron məlumat bazası hazırlanıb
- 09:46 Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film çəkiləcək
- 17:20 Azərbaycanın iki animasiya filmi beynəlxalq festivalda nümayiş olunacaq
- 16:16 Xalq yazıçısı Elçin Əfəndiyev son mənzilə yola salınıb
- 14:45 Elçin İlyas oğlu Əfəndiyev
- 11:15 Bu gün Xalq artisti Ramiz Məlikin anadan olmasının 82-ci ili tamam olur
- 09:39 Türkmənistanda “Azərbaycan Milli Günü” keçiriləcək
- 16:40 Xalq yazıçısı Elçin Əfəndiyev vəfat edib
- 12:36 "Əlvida, Şmidt!" bədii filmi nümayiş olunub
- 09:29 2 Avqust -Azərbaycan Kinosu Günüdür
- 11:23 Bakıda Mərakeşin milli bayramı qeyd olunub
- 10:14 Bu gün Xalq artisti Vaqif Əliyevin doğum günüdür
- 17:21 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında Azərbaycan da təmsil olunur
- 15:32 Azərbaycan Kinematoqrafçılar İttifaqı ənənəvi mükafatın builki qaliblərini elan edib
- 14:42 Bakı bulvarında növbəti “Kino axşamı” yaxınlaşır
- 11:07 Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya təşkil olunub
- 10:59 Milli Kitabxanada Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
- 10:34 “Tariximizin Qərbi Azərbaycan izləri” adlı konsert və sərgi keçirilib
- 10:24 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 10:20 Qeyri-hökumət təşkilatları üçün infosessiya keçiriləcək
- 09:59 Litvanın “Ciurlionis” kvartetinin konserti Qəbələ festivalının izləyicilərinə növbəti hədiyyə olub
- 09:39 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 09:32 “Açıq məktub” filminin 2026-cı ildə böyük ekranlara çıxarılması planlaşdırılır
- 09:29 “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb
- 16:22 Azərbaycan Estoniyada keçirilən Beynəlxalq Folklor Festivalında təmsil olunub
- 15:58 Mədəniyyət naziri Adil Kərimli Şəmkirdə vətəndaşları qəbul edəcək
- 11:31 Gənclər Kitabxanasında “Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” mövzusunda dəyirmi masa təşkil edilib
- 11:05 “Arzumun ən uca zirvəsində” adlı tədbir keçirilib
- 09:14 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında kamera musiqisi axşamı
- 17:20 Mədəniyyət Nazirliyinin “Beyin fırtınası” layihəsi başlanır
- 15:36 “Azərbaycan – Özbəkistan ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi masa keçirilib
- 14:30 Gənclər Kitabxanasının layihəsi - “Oxu, öyrən, qazan”
- 14:13 ICESCO-nun Bakı ofisində ilk regional seminar keçirilir
- 11:47 “Qərbi Azərbaycan folkloru”nun növbəti cildində nələr var?
- 11:09 Ankarada “Şuşa” kitabının təqdimatı olacaq
- 10:48 Bu gün Xalq artisti Vasif Adıgözəlovun anadan olmasının 90-cı ili tamam olur
- 10:43 Milli Kitabxanada “Xalq artisti Vasif Adıgözəlov – 90” adlı kitab sərgisi açılıb
- 09:45 Qəbələ festivalında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsert təqdim olunub
- 09:28 Qız qalası meydanında “Vyetnam günləri” çərçivəsində xüsusi mədəni-əyləncəli proqram təşkil olunub
- 09:23 Qəbələ festivalında “Tbilisi Big Band” musiqi qrupu enerji dolu çıxışı ilə musiqisevərləri sevindirib
- 10:40 “Buta” rəqs qrupu konsert təqdim edib
- 15:50 “İçərişəhər” Muzey Mərkəzinin Elmi Şurasının ilk iclası keçirilib
- 12:12 Azərbaycanlı rejissorun filmi Venesiya film festivalında nümayiş olunacaq
- 12:11 Cakarta Beynəlxalq Film Festivalı filmlərin qəbulunu elan edir
- 10:43 Milli Kitabxanada “Şair, publisist Məstan Günər – 90” adlı kitab sərgisi açılıb
- 09:23 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
- 09:17 "Bir səfərin izi ilə - Fransa" sənədli filminin təqdimatı olub
- 16:37 Qız qalasında “Vyetnam günləri” - Şərqin incə zərifliyi İçərişəhərdə
- 16:23 Gənc kinematoqrafçılar beynəlxalq festivalda iştirak ediblər
- 16:16 “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
- 15:55 “Gənclik – dövlətin gələcəyidir!” adlı dəyirmi masa təşkil olunub
- 11:31 Kino səfərləri “Kinosəyyah” proqramı ilə dəstəklənəcək
- 10:45 Bu gün XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 09:33 Vaqif Poeziya Günləri Şuşada "Sözün hökmdarı" ədəbi-bədii kompozisiya ilə başa çatıb
- 09:28 “Səriştələrin ölçülməsi: Peşəkar müəllim inkişafı” mövzusunda təqdimat tədbiri keçirilib
- 17:09 Poeziya bayramında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olunub