XƏBƏRLƏR
MƏLUMAT
"Şəhid şəhər, şahid şəhər" adlı anım tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/02/2023 06:28

Fevralın 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə A.Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş "Şəhid şəhər, şahid şəhər" adlı anım tədbiri keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının, eləcə də bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Mədəniyyət Mərkəzinin Ələsgər Ələkbərov adına xalq teatrının üzvlərinin və 31 nömrəli tam orta məktəbinin şagirdlərinin ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib, kompozisiya nümayiş olunub.

Baxış sayı: 502