XƏBƏRLƏR
MƏLUMAT
Rus əsilli, Amerika yazıçısı Vladimir Nabokov
ÜMÜMİ XƏBƏRLƏR
22/04/2022 01:00

Vladimir Nabokov 1899-cu il aprelin 22-də Sankt-Peterburqda zadəgan ailəsində dünyaya göz açıb. Atası Dmitri Nabokov liberal bir siyasət adamı, vəkil və jurnalistika fəaliyyəti ilə məşğul idi. Ailə ingilis mədəniyyətinin heyranı idi. Məhz buna görə balaca Vladimir ingilis dilini çox erkən öyrənib, hətta beş yaşında fransızca danışa bilib. Nabokov ilk təhsilini Piterin ən qabaqcıl məktəbi sayılan Tenişevdə alıb.

İlk yaradıcılığında daha çox ruhsal həyatın yaşantılarına aludə olan yazıçı tədricən cəmiyyət həyatını öz mövzusuna çevirib. Lakin ədəbiyyat meydanında o, ilk olaraq Henrix Heynenin əsərlərini mükəmməl surətdə ingilis dilinə çevirməklə şöhrət qazanıb. Daha sonra şöhrət sırası onun müəllifi olduğu "Ərməğan", "Lolita", "Çağrı" və s. romanlarına gəlib.

Bir nəşriyyat işçisi metaforalardan ibarət, cəmiyyət həyatından uzaq əsərlər yazmaqdan imtinasının səbəbini soruşanda, Nabokov belə cavab verib: "Cəmiyyət və oxucu qoyun deyil ki, onu yalançı oyunlarla aldadasan".

1923-1940-cı illər arasında onun yazdığı roman və hekayələr rus dilində olmağına rəğmən xaricdə yaşayan ruslar arasında müvəffəqiyyət qazanıb. Onun əsərlərində istedad sahibi ilə saxtakar, xırdaçı, alçaq meşşan dünyası arasında mənəvi ziddiyyətlər əks olunur. Amma Nabokov məhdud sosial çərçivədə qalmır, müxtəlif dünyalar arasındakı ziddiyyətlərin metafizik qatlarına gedib çıxır. Bir-birinə qarşı duran bu dünyalar gerçək dünya və yazıçı aləmi, Berlin və Rusiya haqqındakı xatirələr, adi adamlar və şahmat adamlarının dünyasıdır. Bu dünyaların birindən digərinə sərbəst keçid yazıçının əsərlərinə məxsus modernist bir cəhət kimi meydana çıxır. Yenilik və azadlıq hissi Nabokovun əsərlərinə parlaq dil-üslub özəllikləri verir. Bunun hesabına o, öz üslubunu təkmilləşdirib.

Yazıçı 1977-ci ildə ABŞ-ın Lozanna ştatında vəfat edib.

Baxış sayı: 120