
Ədəbiyyat həyatın aynasıdırsa, demək, ictimai hadisələr fonunda xalqın həyat tərzini, arzu və istəklərini öyrənən və yaşadan ədəbiyyat həm də onun bir hissəsinə çevrilir.
Ötən əsrin 90-cı illərinədək Azərbaycan ədəbiyyatında müharibə mövzusu, demək olar ki, özünü əsaslı şəkildə göstərmədi, əvəzində vətənin tərənnümü, təbiətin əsrarəngizliyi, sevgi-məhəbbət mövzulu poeziya nümunələri, bir növ, “ədəbi yaraları” sağaldıb. Azərbaycan torpaqlarını işğal edən Ermənistanla Azərbaycan arasında başlamış Birinci Qarabağ müharibəsində qanlı mövzuya qayıdış özünü çox gözlətməyib. Bu müharibə nəticəsində bir milyondan artıq insan yurdundan qovulub, didərgin salınıb, məcburi köçkünə çevrilib, faciə yaşanıb... Hələ davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əslində, daşnakların xalqımıza və müstəqilliyinə yetmiş ildən sonra qovuşan dövlətimizə qarşı elan olunmamış müharibədir. Bu müharibədə övladını itirən analar, atadan yetim qalan balalar, qardaşından soraq ala bilməyən bacılarla bərabər, uşaqlıq və gənclik duyğusundan məhrum olub, psixoloji zərbələr alan və problemlərlə böyüyən azmı gəncimiz var?! Ancaq bu müharibədə bir qələbə inamı və qələbə əzmi də güclüdür.
Ölkəmizdə digər sahələrdə olduğu kimi, ədəbiyyat və incəsənətdə də müharibə özünün inikasını tapıb. Qarabağ harayı, dərdi zaman-zaman poeziyanın mövzusuna çevrilsə də (folklor nümunələrində özünü daha qabarıq formada göstərir), nəsrdə bu məsələ öz müsbət həllini son illər tapmağa başlayıb.
Azərbaycan ədəbiyyatında Qarabağ müharibəsi mövzusu 2005-ci ildən sonra xüsusilə aktuallaşıb. Milli düşüncə xaotik durumdan sıyrılıb çıxaraq ədəbiyyatda özünün əbədiliyini təsdiqləməyə başlayıb. Birinci Qarabağ müharibəsi mövzusunun ədəbiyyata gəlişinin işartıları da özünü göstərib.
Filologiya elmləri doktoru, ədəbi tənqidçi Vaqif Yusiflinin fikrincə, Aqil Abbasın “Dolu”su, Hüseynbala Mirələmovun “Dağlarda atılan güllə”si və s. əsərlər 1988-ci ildən üzü bəri baş verənləri - müharibəni tam, dolğun şəkildə əks etdirdiyi üçün geniş oxucu və tamaşaçı auditoriyası tərəfindən rəğbətlə qarşılanıb. Qarabağ mövzusunda yazılan bədii əsərlərə münasibət ədəbi nəsillərin baxış bucağında özünün fərqli dəyərini alır. İsa Muğannanın “Qəbiristan”, Sabir Əhmədlinin Qarabağ trilogiyası - “Axirət sevdası”, “Kef”, “Ömür urası”, Bəxtiyar Sadıqovun “Ruhlar şəhərinin sakinləri”, Hüseynbala Mirələmovun “Yanan qar”, Şamil Sadiq və Müşfiq Xanın “Ümidlərin izi ilə”, Orxan Fikrətoğlunun “Tək”, Cingiz Abdullayevin “Əclafların qanunu”, Elxan Elatlının “Cəhənnəmdən gələn səs”, Sərdar Aminin “Qaratoyuq nəğməsi”, Rasim Qaracanın “Qarabağ Dekameronu”, Elçin Mehrəliyevin “90-cı illər”, Nüşabə Məmmədlinin “Zəngulə”, Yusif Əhmədovun “Torpağa tökülən qan”, Zaur Abdullayevin (Akifoğlu) “Qız və Qurd” və s. kimi əsərləri isə ədəbi-tarixi yaddaşı özündə əks etdirən bədii nümunələrdir.
Son dövrlərdə qələmə alınan bəzi əsərlər var ki, onlardan Əbdürrəhim Karakoçun “Karabağ'a Mektup”, Nurəngiz Günün poemalarını, Elçin Hüseynbəylinin hekayələrini qeyd etmək olar. Tomas de Vaalın Dağlıq Qarabağa həsr etdiyi “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında”, Tomas Qoltzun “Azerbaijan Diary: A Rogue Reporter's Adventures in an Oil-Rich, War-Torn, Post-Soviet Republic” əsərləri də münaqişəyə həsr edilib və dünya ədəbiyyatında ən populyar mənbələrdən hesab edilir.
Əlbəttə, Qarabağ müharibəsi yalnız nəsrdə (hekayə, oçerk, povest və roman janrlarında) qələmə alınmayıb. Azərbaycan kinoşünaslığı da bu mövzunu diqqət mərkəzində saxlayaraq silsilə kinofilmlərlə düşmənə cavab verib. ”Fəryad”, “Haray”, “Laçın dəhlizi”, “Ağ atlı oğlan”, “Vətən mənə oğul desə...”, “Canavar balası”, “Hər şey yaxşılığa doğru”, “Cavanşir”, “Arxada qalmış gələcək”, “Girov”, “Yalan”, “Biz qayıdacağıq”, “Xocalı soyqırımı: işğaldan 61 gün əvvəl” (I hissə), “Qətliamın 6 dəqiqəsi” (II hissə), “Soyqırımı” (III hissə), “Ermənilər: riyakarlığın anatomiyası”, “Forpost əməliyyatı”, “Əsrin siyasi avantürası”, “Bir addım”, “Qafqaz Xirosiması”, “Yaddaş”, “Dolu”, “Xoca”, “Atəşkəs”, “Nabat” kimi filmlər nəinki Azərbaycan kinosevərlərinin, dünya tamaşaçılarının rəğbətini qazanmış ekran əsərləri sırasındadır.
Əzizə Mustafazadənin “Dünya dəyişir”, “Yuxu”, Şəmistan Əlizamanlının ifasında “Cənab leytenant”, Rasim Müzəffərlinin “Pəncərə” albomundan “Rekviyem”, “Dəyirman” qrupunun “Ya Qarabağ, ya ölüm”, “Xocalı”, Nəriman Məmmədovun 7 saylı simfoniyası, Elnarə Dadaşovanın “Xocalı laylası”, “Qarabağ şikəstəsi”, Vasif Adıgözəlovun “Qəm karvanı” oratoriyası, Əhməd Şəfəqin “Karabağ”, Ağadadaş Ağayevin “Halımı sorma”, Araz Elsəsin “Kor zabit”, Leyla Ramazanlının “Qələbə”, Nurəngiz Günün “Xocalı” simfoniyası kimi xalqın ruhunu tərpədən musiqi əsərləri yalnız Xocalı müsibətlərinin ifadəsi deyil, ümumiyyətlə, Qarabağın düşmən tapdağından azad edilməsi çağırışları motivində yazılıb və müxtəlif dillərdə ifa edilən sənət əsərləridir. Qarabağda son sözünü deyəcək Azərbaycan əsgərinin qələbə çalması üçün mədəniyyət və incəsənət xadimləri, yazıçılar, şairlər, bəstəkar və müğənnilər də yaradıcılıqlarında bu mövzunu ön planda saxlamağı özlərinin vətəndaş və sənət borcları hesab edərək çağırış motivli əsərlərlə onların görüşlərinə gedirlər.
Məhəmməd Nərimanoğlu, “Azərbaycan”
- 00:09 Gənc müğənnilər Səbinə Əskərova və Sənan Əliyevin konserti keçirilib
- 16:46 Xətai rayonunda II Kəlağayı Festivalı təşkil olunacaq
- 14:36 “Balaca qəlblərlə böyük irsə səyahət” adlı tədbir keçirilib
- 14:30 Mədəniyyət naziri Şəmkirdə dörd rayondan sakinlərin müraciətlərini dinləyib
- 10:41 Bu gün görkəmli tarzən Qurban Pirimovun anım günüdür
- 10:13 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 10:03 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 09:35 “Sierra” avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi ilə bağlı onlayn görüş
- 15:50 “Heydər Əliyev milli-mənəvi dəyərlərimizin keşiyində” adlı dəyirmi masa keçirilib
- 15:06 Gənclər Kitabxanasında yazıçı Əlibala Hacızadənin xatirəsi anılıb
- 14:04 Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi olub
- 12:41 Kino Agentliyində növbəti görüş
- 12:05 Bu gün görkəmli yazıçı Əlibala Hacızadənin anadan olmasından 90 il ötür
- 09:19 “MDB ölkələrinin Gənclər Düşərgəsi” çərçivəsində ustad dərsləri təşkil olunub
- 09:17 Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub
- 12:18 Bu gün Xalq artisti Tofiq Tağızadənin vəfatından 27 il ötür
- 12:04 Azərbaycanlı operatorlar “Qızıl göz” festivalına dəvət olunub
- 12:01 Batuxan Baymenin “NOMADE BLACK & WHITE” sərgisi Bakıda açıldı
- 11:16 Bu gün dramaturq Seyfəddin Dağlının doğum günüdür
- 10:07 Yasamal rayon Heydər Əliyev Mərkəzini turistlər ziyarət ediblər
- 09:31 Laçın Şəhəri Günü münasibətilə möhtəşəm konsert proqramı təqdim olunub
- 17:11 Laçında tanınmış rəssam Yusif Mirzənin “31 il sonra” adlı fərdi sərgisi açılıb
- 15:28 Milli Kitabxananın yeni sərgiləri
- 15:09 MEK “Humanizm və inkişaf missiyası” adlı ənənəvi kitab sərgisini təqdim edir
- 14:04 Laçında “Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” mövzusunda panel müzakirə keçirilib
- 13:54 Qala Qoruğunda Xalq rəssamı Əşrəf Heybətovun “Doğma Qala” adlı fərdi sərgisi açılıb
- 10:25 Bu gün Xalq artisti Həsən Məmmədovun anım günüdür
- 09:44 Bu gün Beynəlxalq Azərbaycan Muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür
- 09:35 IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vurulub
- 09:33 Bu gün Laçın Şəhəri Günüdür
- 09:16 Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür
- 16:08 Azərbaycanlı tarzənin konserti Almaniyanın ARTE telekanalında nümayiş olunub
- 14:12 Gənclər Kitabxanasında Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətilə sərgi açılıb
- 11:48 “Azad torpaqlarda qadınların və uşaqların xoşbəxt gələcəyi” mövzusunda tədbir keçirilib
- 11:43 “Tıq-tıq xanımın sərgüzəştləri” adlı kukla tamaşası nümayiş olunub
- 11:40 Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür
- 09:28 Türkiyədə keçirilən “Kültür yolu” festivalında Azərbaycan təmsil olunub
- 09:24 Milli Kitabxanada Beynəlxalq Azərbaycan Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub
- 09:23 Laçında MDB gəncləri bir araya gəlir!
- 10:37 “Musiqili Bakı” layihəsi çərçivəsində növbəti konsert keçirilib
- 15:35 Milli Kitabxanada Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətilə tədbir keçirilib
- 14:13 Yubilyar müəlliflər Milli Kitabxanada onlara həsr edilən sərgilərlə tanış olublar
- 10:02 Bu gün Əməkdar artist Aygün Bəylərin anadan olmasının 50 ili tamam olur
- 09:55 “Azərbaycançılıq məfkurəsi” adlı biblioqrafik göstərici çapdan çıxıb
- 15:48 Milli Kitabxanada akademik Bəkir Nəbiyevin 95 illiyinə həsr olunmuş sərgi açılıb
- 15:04 Bakı şəhərində bir sıra musiqi və incəsənət məktəblərinə yeni direktorlar və direktor müavinləri təyin olunub
- 11:46 Maestro Niyazinin xatirəsinə həsr olunan konsert keçirilib
- 11:43 Gənclər Kitabxanasında akademik Bəkir Nəbiyevin xatirəsi anılıb
- 10:49 Bakıda I Beynəlxalq Türk dünyası ənənəvi musiqi və mədəni kimlik simpoziumu keçiriləcək
- 09:21 Maestro Niyazinin məzarı ziyarət olunub
- 12:30 Azərbaycanlı uşaqlar beynəlxalq incəsənət festivalından qələbə ilə qayıdıblar
- 09:31 Niyazinin doğum günündə möhtəşəm musiqi axşamı
- 09:27 Bu gün maestro Niyazinin anadan olmasının 113 ili tamam olur
- 09:23 Tanınmış şair Məmməd İsmayıl vəfat edib
- 09:21 Bu gün unudulmaz muğam ustası Xan Şuşinskinin doğum günüdür
- 16:02 Milli Xalça Muzeyində “Əsrlərin sədasında xalça sehri” adlı sərgi açılacaq
- 14:30 Azərbaycanlı azyaşlı rəssamın əl işi Koreyada keçirilən sərgidə təltif olunub
- 12:21 Trabzonda TÜRKSOY Yüksək Rütbəli Məmurlarının 5-ci Toplantısı keçirilir
- 10:19 Müəllimlərin peşəkar inkişafı üçün təlimlərin ikinci mərhələsinə start verildi
- 09:18 Bu gün Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür