XƏBƏRLƏR
MƏLUMAT
“Mübariz dastanı” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/02/2024 10:45

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabana Sisteminin 2 nömrəli kitabxana filialı 38 nömrəli tam orta məktəbdə “Mübariz dastanı” adlı tədbir keçirib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edənlər Milli qəhrəman Mübariz İbarahimovun həyat yolundan danışıb, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs ediblər.

Tədbirdə vətənpərvər şair Nazlı Yazar müəllifi olduğu “Mübarizim” poemasını səsləndirib, müğənni Aybəniz Çələbi “Unutmaq olarmı sizi, şəhidlər” mahnısını ifa edib, məktəbin şagirdləri isə qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlərlə çıxış ediblər.

 

Baxış sayı: 358