XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb
ÜMÜMİ XƏBƏRLƏR
19/03/2024 14:36

Azərbaycan Milli Kitabxanasında Novruz bayramı münasibətilə elektron məlumat bazası yaradılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Novruz bayramı” adlı elektron məlumat bazası onlayn formada istifadəçilərə təqdim edilib.

Kitabxana əməkdaşlarının hazırladığı materiallarda Novruz haqqında nəşrlər, adət-ənənələr və deyimləri əks etdirən foto və videolar nümayiş olunub.

Məlumat bazası ilə tanış olmaqistəyənlər https://anl.az/el/emb/Novruz/index.html linkindən istifadə edə bilərlər.

Baxış sayı: 297