XƏBƏRLƏR
MƏLUMAT
Millət vəkili Fazil Mustafa ilə görüş təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
06/04/2024 09:52

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində “Qonağımız var” layihəsi çərçivəsində Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa ilə görüş təşkil olunub.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə rəsmilər, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Millət vəkili çıxışında ictimai fəaliyyəti haqqında məlumat verib, həyata keçirilən islahatlar, görüləcək işlər və dövlət layihələri barədə danışıb. Daha sonra tədbir iştirakçılarının suallarını cavablandırıb.

Baxış sayı: 211