XƏBƏRLƏR
MƏLUMAT
“Konstitusiya və Suverenlik İli” çərçivəsində sərgi-tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/02/2025 11:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzi və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində sərgi-tədbir keçirilib.

İlk öncə qonaqlar Mərkəzin foyesində gənc rəssamlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Çıxışçılar “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən sərgidə müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin dahi siyasəti, müasir müstəqil Azərbaycan dövlətinin qurulması, dövlətin əsas qanunu - Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması tarixindən bəhs ediblər.

Daha sonra gənc rəssamlara Beynəlxalq Qalereya tərəfindən diplomlar təqdim olunub və yeni yaradıcılıq uğurları arzulanıb.

 

Baxış sayı: 121