XƏBƏRLƏR
MƏLUMAT
Kitabxana əməkdaşları şəhid Əli Aydın oğlu Tağıyevin evini ziyarət ediblər
ÜMÜMİ XƏBƏRLƏR
13/10/2023 10:32

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları  II Qarabağ müharibəsi şəhidi Əli Aydın oğlu Tağıyevin evini ziyarət ediblər.

Ziyarət zamanın şəhidin doğmaları çıxış edərək, Əli Tağıyevin  uşaqlıq illəri, Vətənə sevgisi, döyüş yolu, qəhrəmanlıqları haqqında ətraflı məlumat veriblər. Şəhid ailələrinə göstərilən diqqətin və verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu bildiriblər.

Qeyd edək ki, Əli Tağıyev oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”  və  "Vətən uğrunda” medalları ilə təltif olunub.

Baxış sayı: 403