Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Kinomuzu yaradanlar...kinomuzu yaşadanlar" layihəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev bildirib ki, layihə Milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılması, kino sənətlarlarının irsinin taçaşaçılara daha yaxından tanıdılması və yadılması məqsədilə Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Kino Agentliyi, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştrakı ilə milli kino sənətkarlarının yubileyinə həsr olunub.
O, qeyd edib ki, layihə çərçivəsində görkəmli və unudulmaz milli kino sənətkarının iştrakı ilə yaradılmış Azərbaycan filmlərinin 2024-cü il ərzində hər ay bir kino xadiminə həsr edilməklə Nizami Kino Mərkəzində mütəmadi olaraq nümayişləri təşkil ediləcək. Belə ki, mart ayından başlayaraq ilk üç ay Xalq artistləri Mirzə Babayevin 110, Rasim Ocaqovun 90, Həsən Məmmədovun 85 illiyinə həsr olunub. Nümayişlər hər həftənin cümə günü saat 15:00-da baş tutacaq.
"Mən çox qürur duyuram ki, biz yenidən Mədəniyyət Nazirliyinin dəstəyilə Nizami Kino Mərkəzində toplaşmışıq. "Kinomuzun yaradanlar...Kinomuzu yaşadanlar" layihəsi ölkəmizin görkəmli mədəniyyət xadimi Mirzə Babyevə həsr olunub. Mirzə Babayev çox istedadlı musiqiçi və ifaçı idi. Bununla yanaşı, o kino yaradıcılığında Azərbaycan incəsənətinə böyük tövhələr verib. Xalq artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən olan Mirzə Babayev ilk dəfə 1958-ci ildə Azərbaycan kinomatoqraflığına addım atıb. Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin unudulmaz bir dövrü canlanır. Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi mədəniyyətimizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer tapmışdı. Mirzə Babayevin aktyor kimi müxtəlif rolları yüksək peşəkarlıqla ifa etməsi və bənzərsiz səsi ilə kino tariximizin qızıl səhifələrini yazıb", - deyə C.Quliyev qeyd edib.
Tarix elmləri doktoru, professor Dilarə Seyidzadə çıxışında Seyidzadələr nəslinin görkəmli nümayəndəsi, rejissor Hüseyn Seyidzadənin yaradıcılığından söz açıb. Vurğulayıb ki, Azərbaycan kinosunun tarixini yaşadan, salnaməsini yaradan mədəniyyət xadimlərindən biri məhz Hüseyn Seyidzadə olub. Rejissorun “Dəli Kür” filmində rəqs səhnəsində Mirzə Babayevin ifasına bu gün də emosiyasız baxmaq mümkün deyil. "Dəli kür" filminin Azərbaycan kino tarixində çox önəmli rolu var. Onun milli musiqi mədəniyyəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilib, Vətənin ən yüksək fəxri adlarına layiq görülüb, bir sıra orden və medallarla təltif olub. İllər, qərinələr keçəcək, lakin unudulmaz estrada ulduzu Mirzə Babayevin zəngin musiqi irsinin şölələri heç vaxt sönməyəcək. Bu böyük sənətkarın yaradıcılığından bir məktəb olaraq neçə-neçə nəsillər bəhrələnəcək", - deyə D.Seyidzadə əlavə edib.
Uzun müddət Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərdiyini qeyd edən D.Seyidzadə bildirib ki, Azərbaycan xalqını sevən və xidmət edənlərdən biri məhz Ulu Öndər Heydər Əliyev olub. Hüseyn Seyidzadənin çəkdiyi filmlərin kinomuzun “Qızıl fondu”na daxil edildiyini diqqətə çatdıran D.Seyidzadə əlavə edib ki, bu filmlər və Mirzə Babayev kimi insanlar gənclərimiz üçün örnək rolunu oynamalıdır.
Mirzə Babayevin nəvəsi Emin Babayev çıxışı zamanı ailələri adından Mədəniyyət Nazirliyinə təşəkkür bildirib. O, xatırladıb ki, ötən ilin noyabr ayında Heydər Əliyev Sarayında Mirzə Babayevin anım günü keçirilib. Babası haqqında xatirələrini bölüşən E.Babayev çıxışı əsnasında kövrələrək qeyd edib ki, M.Babayevin öz evində əlyazma şəklində çəkildiyi filmlərin siyahısını saxlayıb və o, 50-dək filmə çəkilib.
Əməkdar artist Rahib Azəri çıxışında bildirib ki, Mirzə Babayev çox unikal bir insan olub. İfa etdiyi mahnılar, kinolarda oynadığı rollar Mirzə Babayev tərəfindən unikal şəkildə reallaşdırılıb.
Çıxışlardan sonra layihə çərçivəsində rejissor Hüseyn Seyidzadənin Xalq artisti Mirzə Babayevin iştrakı ilə çəkdiyi "Dəli Kür" bədii filmi nümayiş olunub.
- 16:48 “İzi qalanlar” adlı anım tədbiri keçirilib
- 16:32 Qaradağ rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 16:18 “Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib
- 15:23 “İki Ali Dəyəri Birləşdirən Müdrik Qadın” adlı tədbir keçirilib
- 14:08 Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər
- 14:02 Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb
- 12:20 Mədəniyyət naziri Adil Kərimli Qubada vətəndaşları qəbul edəcək
- 11:47 Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub
- 11:41 Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 11:39 Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb
- 11:05 “Asılılığın fəsadları” adlı marifləndirici tədbir keçirilib
- 10:40 Böyük yazıçı, alim və pedaqoq
- 09:53 Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək
- 09:41 Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib
- 09:37 Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib
- 09:34 Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
- 17:40 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 17:37 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 16:03 Yuğ teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır
- 15:00 Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub
- 12:27 Türkmən şairi Maqtımqulu Fraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub
- 11:37 Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür
- 10:38 Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
- 10:29 İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
- 09:49 Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
- 09:26 Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
- 09:25 Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
- 09:22 Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 17:01 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 16:45 Yazıçı, şair Şövkət Zərin Horovlunun yaradıcılıq gecəsi keçirilib
- 16:34 "Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda dəyirmi masa keçirilib
- 15:02 Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 14:56 Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 11:59 33 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 11:54 Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb
- 09:59 “Qırğız Kino Günləri”nin açılış mərasimi keçirilib
- 09:34 Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
- 09:31 İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub
- 17:20 Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər
- 16:28 Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb
- 14:29 Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq
- 12:16 Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək
- 12:10 “Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa
- 11:53 İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb
- 11:47 Uşaq yazarları ilə görüş keçirilib
- 11:00 Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb
- 09:45 Bu gün Dünya Kitab və Müəlliflik Hüququ Günüdür
- 09:38 “Xalqın mədəni sərvəti” sənət layihəsinin bağlanış mərasimi olub
- 09:33 V “Məmməd Araz Poeziya günü”nə yekun vurulub
- 17:04 Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evində Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib
- 16:55 “60 çiçək – bir çələng” Zəfər almanaxının təqdimatı keçirilib
- 16:41 Bakı Müasir Musiqi Cəmiyyəti Fərəc Qarayevin yaradıcılığına həsr olunmuş konsert təşkil edəcək
- 15:36 “Utancaq qız” növbəti dəfə səhnədə
- 15:08 Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
- 11:07 Şüvəlan qəsəbə Mədəniyyət evi “Çiçəklənən ölkəmiz” adlı aksiya keçirib
- 11:04 Yazıçı-publisist Hacı Qəni Camalzadə ilə görüş keçirilib
- 10:41 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən layihə davam edir
- 10:30 “Gəncliyin məhvi- narkomaniya” adlı maarifləndirici söhbət keçirilib
- 10:27 Bu gün Xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 113-cü ildönümü tamam olur
- 09:35 Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək