
Dünyanın ən qədim və ləziz mətbəxlərindən olan Azərbaycan milli mətbəxi çox zəngin ənənələrə malikdir. Milli mətbəximizin tarixi xalqımızın tarixi qədər qədimdir. Mədəniyyətimizin bir hissəsi olan milli mətbəximizi yüksək səviyyədə təqdim və təmsil etmək isə bu sahənin peşəkarları olan aşpazların üzərinə düşür.
AZƏRTAC xəbər verir ki, fevralın 13-də Beynəlxalq Muğam Mərkəzində “İllərin sənətkarı” milli aşpazlar mükafatının təqdimat mərasimi keçirilib. Mükafatı “Azərbaycan Aşpazlar Gildiyası”, “Diyar.Az” qastronomiya xəritəsinin layihə rəhbəri, “Dünya Restoran İdmanı Federasiyası”nın vitse-prezidenti Nigar Əmirbəyova ilə birgə təsis edib.
“Milli mətbəxin muğamı” adlı tədbirdə respublikanın qocaman, təcrübəli şef-aşpazları, tanınmış kulinarlar, elm və mədəniyyət xadimləri, sahibkarlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın, eləcə də bu günlər Türkiyədə baş verən təbii fəlakət zamanı dünyası dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin təşkilatçılarından olan Nigar Əmirbəyova mərasimdə kulinariya sahəsində uzun illər təcrübəsi olan və öz peşəkarlığı ilə seçilən aşpazların, həmçinin bu sahənin nümayəndələrinin mükafatlandırılacağını bildirib. Əsas məqsəd Azərbaycan milli mətbəxinin usta aşpazlarına və bu sahənin tanıdılmasında əməyi keçən şəxslərə “İllərin sənətkarı” mükafatını təqdim etmək və onları gənc nəslə tanıtmaqdır. O, milli mətbəximizin dünyada təmsil edilməsində aşpazlarımızın rolunu xüsusi qeyd edib.
Tanınmış xanəndələrin ifasında səslənən “Qarabağ” şikəstəsi tədbirə xoş ovqat qatıb.
“AzərbaycanAşpazlarGildiyası”nınsədri İlkin Əkbərzadə bildiribki, tədbirdə uzun illər milli kulinariyamızı, mətbəximizi ölkəmizdə və xaricdə layiqincə təmsil edən və 45-50 il təcrübəsi olan usta sənətkarlar iştiraked irlər. Məqsədimiz paytaxtda və bölgələrdə yaşayan təcrübəli aşpazlarımızı ictimaiyyətlə yaxından tanış etməkdir. “Paytaxtdan və regionlardan olan 40-a yaxın aşpaz mükafatlandırılacaq. Tədbirimizə, həmçinin peşə təhsili müəssisələrindən gənc aşpazlar da dəvət olunublar. Çünki gənc nəslin qocaman aşpazlarımızı yaxından tanıması onların püxtələşməsinə, milli kulinariyamızı dünyada layiqincə tanıtmalarına təkan verəcək. Cəmiyyətimizdə bu sahədə fəal olan çoxsaylı gənclərimiz var və ümid edirəm ki, onlar səy göstərərək bu sahənin inkişafına öz töhfələrini verəcəklər”, - deyə İlkin Əkbərzadə vurğulayıb.
İ.Əkbərzadə “Azərbaycan Aşpazlar Gildiyası”nın fəaliyyətindən, milli mətbəximizin təbliği istiqamətində görülən işlərdən və həyata keçirdikləri layihələrdən də danışıb.
Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov, “DAİR Hotellər və Restoranlar” Assosiasiyasının sədri Samir Dübəndi, Türkiyə Dənizli Gənc Aşpazlar Cəmiyyətinin nümayəndəsi Süleyman Kursak təşkilatçılara minnətdarlıqlarını bildirib, milli mətbəximizin, Azərbaycan kulinariyasının müxtəlif beynəlxalq festivallarda təmsil və təbliğ olunmasında qocaman aşpazların fəaliyyətini yüksək qiymətləndiriblər.
Çıxış edənlər aşpazlıq peşəsinin özəlliklərindən söz açıb, milli mətbəximizin öyrənilməsində, bu sahədə ənənələrin qorunub saxlanılmasında, kulinariyamızın beynəlxalq səviyyədə tanıdılmasında, dünya miqyasında təbliğində gənc aşpazlara tövsiyələrini veriblər. Həmçinin kulinariya, aşpazlıq sənəti sahəsində təhsili inkişaf etdirmək, gəncləri cəlb etməklə onların bu sahədə fəaliyyətini stimullaşdırmağın vacibliyi vurğulanıb.
Mərasimdə Azərbaycan aşpazları haqqında Bakı Media Mərkəzi tərəfindən hazırlanan film göstərilib. Dünyanın tanınmış aşpazları azərbaycanlı həmkarlarına videotəbriklərini çatdırıblar.
Daha sonra “İllərin sənətkarı” milli mükafatı təqdim edilib. Təltif edilənlər arasında Azərbaycan milli mətbəxinin usta aşpazları ilə yanaşı, kulinariya sahəsində çalışanlar da olub.
Mükafatçılar onların fəaliyyətini yüksək səviyyədə qiymətləndirdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.
Sonra peşəkar aşpazlar tərəfindən hazırlanan Azərbaycan milli mətbəxinin incisi sayılan “Şah plov” qonaqlara təqdim edilib.
Qonaqlar, həmçinin milli mətbəximizin ləziz təamlarından, müxtəlif şirniyyatlarından dadıblar.
Respublikanın tanınmış incəsənət ustalarının təqdim etdikləri “Arşın mal alan” operettasından səhnəcik isə tədbirə rəng qatıb.
Əlli ildir aşpaz kimi fəaliyyət göstərən Tahir Manafov tədbirlə bağlı fikirlərini bölüşərək deyib: “15 yaşımdan bu peşə ilə məşğulam və sənətimlə fəxr edirəm, işimi çox sevirəm. İnsan hansı işlə məşğul olursa onun sirlərinə dərindən bələd olmalıdır. Bugünkü tədbirə peşəkar qocaman aşpazlar toplaşıb, onları canlı şəkildə görmək çox sevindiricidir. Bunun üçün təşkilatçılara minnətdarlığımı bildirirəm. Çalışacağıq ki, yeni nəsil aşpazların yetişməsində fəaliyyətimizi bundan sonra da davam etdirək və gənclərə bu peşənin sirlərini öyrədərək usta aşpazlar yetişdirək”.







- 12:54 “Əfsanə qayıdır” filmi nümayiş olunub
- 16:00 Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olunub
- 15:36 Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu Lerik rayonunda olub
- 15:10 Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi
- 14:39 “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib
- 12:07 Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra ziyarətçilərin ixtiyarına verilib
- 09:45 Bakıda Opera Günlərinin bağlanış mərasimi keçirilib
- 09:33 Bu gün görkəmli şair Abbas Səhhətin vəfatından 107 il ötür
- 09:30 Azərbaycan ilə Özbəkistan arasında birgə mədəni tərəfdaşlıq
- 09:26 Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı keçirilib
- 15:55 Milli Kitabxanada “Xalq yazıçısı Sabir Əhmədli - 95” adlı sərgi açılıb
- 12:22 Gənclər Kitabxanasında Xalq yazıçısı Sabir Əhmədlinin xatirəsi yad edilib
- 09:39 Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” tamaşasının premyerası keçirilib
- 09:35 Bu gün yazıçı Sabir Əhmədlinin doğum günüdür
- 09:29 Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib
- 09:28 “Nəvə” sənədli filminin çəkilişləri başlayır
- 09:19 Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 17:15 UNESCO gəncləri “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqədə iştirak etməyə dəvət edir
- 14:54 “Yol əhvalatı” filmi nümayiş olunub
- 14:26 Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub
- 14:09 “Vətən” musiqi qrupu iki nominasiya üzrə beynəlxalq festivalın qalibi olub
- 11:39 Milli Kitabxanada Seyid Əzim Şirvaniyə həsr olunmuş sərgi açılıb
- 11:15 "Azad" rəqs ansamblı "Dostluq körpüsü" adlı hesabat konserti təqdim edib
- 10:13 Bu gün şair Seyid Əzim Şirvaninin doğum günüdür
- 09:40 Bu gün Xalq şairi Nigar Rəfibəylinin anım günüdür
- 16:58 Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi
- 16:44 "Kitabı sevək və sevdirək" adlı mütaliə saatı keçirilib
- 16:15 Azərbaycan və Kolumbiya milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə edilib
- 16:10 ARKA-da Bədii şura üzvlərinin iştirakı ilə görüş keçirilib
- 14:43 Aktyorluğu öyrən layihəsi üzrə yeni diplom tamaşaları təqdim olunub
- 14:39 UNESCO: Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub
- 11:33 Bu gün Xalq artisti, teatr aktyoru Zülfüqar Baratzadənin anadan olmasının 94-cü ili tamam olur
- 10:34 Vaqif Poeziya Günləri poeziyasevərləri yenidən bir araya gətirir
- 10:08 Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası "Mütaliəni sevirik"adlı yeni layihəyə start verib
- 09:42 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
- 09:32 Bu gün Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür
- 09:21 Milli Məclisdə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı ictimai dinləmə keçirilib
- 14:46 UNESCO: Azərbaycan Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında təmsil olunur
- 14:43 Direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlanıb
- 11:34 İƏT-in jurnalının növbəti nömrəsində ICESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti barədə məqalə dərc olunub
- 09:46 Bu gün Əməkdar artist Ələkbər Hüseynovun doğum günüdür
- 09:34 Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 09:27 “ƏSA” Teatrından növbəti yenilik: hibrid tamaşa
- 17:33 Bakıda “Şən Hazırcavablar” Yunior Liqası Festivalı uğurla başa çatıb
- 17:22 Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalına start verilib
- 16:06 İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü
- 14:55 Bakıda inklüziv rəqs tamaşasının premyerası olub
- 14:37 Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirilib
- 10:51 “Heydər Əliyev və muzeylərimiz” adlı layihə davam edir
- 10:39 “Qoğalın sərgüzəştləri” adlı nağıl-tamaşa nümayiş olunub
- 10:24 Xətai rayon Heydər Əliyev parkında konsert keçirilib
- 09:24 Muzey Mərkəzində “Sənin adın nədir” adlı sərgi açılıb
- 09:18 Bakıda “Daşları yığmaq vaxtıdır” kitabının təqdimatı olub
- 09:16 Karlovı Varı Beynəlxalq Kinofestivalında 9 saatlıq film nümayiş olunacaq
- 16:15 Milli Kitabxanada “Naxçıvan. Biblioqrafiya” kitabının təqdimatı olub
- 14:37 Günay Əfəndiyeva "Özbəkistanın mədəniyyət elçisi" medalı ilə təltif edilib
- 14:35 Qədim Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalına hazırlaşır
- 14:30 Azərbaycan ilk dəfə Çinin ən böyük televiziya və film bazarında təmsil olunub
- 12:32 Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Zəfərdən qələmə” pyes müsabiqəsi davam edir!
- 12:29 Gənclər Kitabxanasında Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi çərçivəsində silsilə materiallar hazırlanıb