XƏBƏRLƏR
MƏLUMAT
Dünyanın ilk kosmonavt qadını Valentina Tereşkova
ÜMÜMİ XƏBƏRLƏR
16/06/2022 00:45

O, toxuculuq fabrikində fəhlə işləyən gənc bir qız idi. Çox keçmədi... 16 iyun 1963-cü ildə kosmosa gedən ilk qadın oldu!

Sadəcə, bir dəfə kosmosa gedib. Təxminən 3 gün qalıb və bu müddətdə dünyanın ətrafında 48 dəfə dövrə vurub!

Sovet feminist cərəyanının qabaqcıl simalarından biri, kosmosa getmək kimi çətin bir işi uğurla bacaran bir qadın olub. Amma onun fikrincə, dünyada qadın üçün ən çətin iş kosmonavt yox, ana olmaqmış!

Keçmiş SSRİ dövründə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Aydakı kraterlərdən biri və 1671 Çayka kiçik planeti onun şərəfinə onun adı ilə adlandırılıb. “XX yüzilliyin ən nəhəng qadın siması” fəxri titulunu alıb. Yevpatoriyanın sahil küçəsi onun adı ilə adlandırılıb. Vitebsk, İrkutsk, Kemerovo, Korolyov, Lipetsk, Ardatov, Novosibirsk (Akademqorod), Novoçeboksarı, Odessa, Orenburq, Yaroslavl, Krasnoyarsk və digər şəhərlərdə onun adını daşıyan küçələr var. Qudermes şəhərində (Çeçenistan Respublikası) prospektə, Tver şəhərində meydanlardan birinə onun adı verilib. Doğma kəndinin bir neçə kilometrliyində xatirəsinə həsr olunmuş “Kosmos” muzeyi fəaliyyət göstərir. Şərəfinə 2 abidə ucaldılıb: Moskvada Kosmonavtlar Xiyabanında və yerə endiyi torpaqda – Qornoaltayskda. 1983-cü ildə onun əksi olan xatirə sikkəsi buraxılıb. Beləliklə, o, yeganə sovet vətəndaşı idi ki, sağlığında təsviri sovet puluna həkk olunub. Onun adı ilə adlandırılan brilyantın çəkisi 51,7 karatdır. Bu qiymətli daş qeyri-adi formaya malikdir.

Haqqında danışdığımız qadın - dünyaca ünlü, əfsanəvi 1963-cü ilin 16 iyununda “Vostok 6” ilə dünya orbitinə çıxan sovet kosmonavtı Valentina Vladimirovna Tereşkovadır

Baxış sayı: 915