XƏBƏRLƏR
MƏLUMAT
Cəsur döyüşçü Rəsul Sadıqov
ÜMÜMİ XƏBƏRLƏR
03/03/2023 00:16

Rəsul Həşim oğlu Sadıqov 2001-ci il martın 3-də Bakı şəhərində dünyaya gəlib.

Rəsul 2019-cu ildə Goranboyda Ballıqaya ərazisində xidmət edib. Atış üzrə birincilik qazanıb, fəxri fərmanlar alıb. Minamyot tuşlayıcısı olub. Tovuz hadisələrində könüllü olaraq döyüşlərə qatılıb. Ağdərə, Suqovuşan, Murov yüksəkliyi, Kəlbəcər, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştrak edib. Erməni pozisiyalarını, silah-sursat anbarlarını məhv edib. Hərbi hissə komandirinin bildirdiyinə görə, Rəsul komandada yeganə minamyot tuşlayıcısı olub, manqa başçısı, döyüşü aparan ikinci şəxs olub.

Könüllü olaraq İkinci Qarabağ müharibəsində iştirak edib. 2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mehdiabadda Şuşa Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra döyüşlərdə fəal iştrakına görə "Vətən uğrunda" , "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Baxış sayı: 125