
AZƏRTAC xəbər verir ki, 80 illik ömrün 60 ildən çoxunu sənətə həsr edən, “Mənim müəllimim təbiətin özüdür!”,- deyərək Vətəni Azərbaycana sonsuz sevgi ilə bağlanan görkəmli rəssamın yaratdıqları bu gün də böyük maraq doğurur.
Hüseyn Əliyev Azərbaycan təsviri sənətinin ən unudulmaz nümayəndələrindən biridir. Bu istedadlı rəssamın yaradıcılığında portret və təbiət mənzərələri daha çox üstünlük təşkil edir.
Hüseyn Əliyev 1911-ci il aprelin 22-də Zəngəzur mahalındakı Qarakilsə bölgəsinin Comərdli kəndində anadan olub. Gözünü açandan gördüyü təbiət, dağ, şəlalə - bir sözlə, min bir gözəllik kiçik yaşlarından qəlbinə hakim kəsilib. Təsadüfi deyildir ki, ilk rəsm əsərini çəkəndə onun 12 yaşı vardı. Bu sənətin sirlərini daha da dərindən mənimsəmək üçün o, Bakıda rəssamlıq texnikumuna daxil oldu. Burada oxuduğu illərdə (1927-1932) müxtəlif eybəcərlikləri qamçılayan “Molla Nəsrəddin” jurnalında karikaturaları, rəsm əsərləri çap edildi. Azərbaycan mətbuatının inkişafında mühüm mərhələ sayılan, işıqlandırdığı mövzular bu gün də aktual səslənən “Molla Nəsrəddin” Hüseyn Əliyevin rəssam kimi formalaşmasında böyük rol oynadı. Onun jurnalda dərc olunan karikaturaları oxucuları düşünməyə, nəticə çıxarmağa vadar edirdi. O, 1932-1935-ci illərdə Leninqrad Boyakarlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda təhsil alıb. Təhsilini başa vurduqdan sonra həyatını bütövlükdə “Kommunist” qəzetinə (indiki “Xalq qəzeti”) bağlayıb.
Yeri gəlmişkən qeyd edək ki, 1922-ci ildən başlayaraq görkəmli sənət ustası Əzim Əzimzadə "Kommunist"in baş rəssamı olub. 1935-ci il oktyabrın 4-dən isə onu gənc və istedadlı rəssam Hüseyn Əliyev əvəz edib. H.Əliyev yarım əsrdən çox "Xalq qəzeti"nin bədii tərtibat şöbəsinin müdiri işləyib.
İstedadlı rəssamın yaradıcılığında portret və təbiət mənzərələri üstünlük təşkil edirdi. Təsadüfi deyil ki, gənc vaxtlarında çəkdiyi dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin portretinə görə o, respublika müsabiqəsində birinci yerə layiq görülüb və üç min manat mükafat alıb. Hüseyn Əliyev sərbəst və cəld işləməyin ustası idi. Hələ tələbəlik illərində yaratdığı sənət əsərləri elə ilk baxışdan diqqəti cəlb edirdi. O öz iş yoldaşlarının, ailə üzvlərinin, onda maraq doğuran adamların portretini qısa müddət ərzində çəkə bilirdi.
İkinci Dünya müharibəsi başlayanda Hüseyn Əliyev könüllü surətdə orduya yazılıb. Daxili İşlər Nazirliyinin tabeliyindəki 48 saylı bədii təşviqat polkunda rəssam işləyib. Musiqiçilər bölməsinin üzvləri ilə birlikdə dəfələrlə ön cəbhədə olub, neçə-neçə igid döyüşçünün portretini yaradıb, müharibə mövzusunda plakatlar hazırlayıb, qəsbkarlıq məqsədi güdən hitlerçilərin karikaturasını çəkib.
1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1977-ci ildə Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb.
Uşaqlığı Zəngəzur və Naxçıvanda keçən rəssam təbiətin rəngarəng qammasının vurğunu idi. Bu vurğunluq onun hər bir əsərində, rənglərin palitrasında, yaradılmış obrazların reallığında hiss olunur.
Xalq rəssamı Tahir Salahov öz xatirələrində yazır: “Qəlbimdə Xalq rəssamı Hüseyn Əliyevin işıqlı, cazibəli xatirəsi yaşayır. O, Azərbaycan rəssamlıq ənənəsini Bəhruz Kəngərli və Əzim Əzimzadədən alıb davam etdirmişdir. Biz nəsil rəssamlar incəsənətə xeyli sonralar gəlmişik. Həmişə bu qocaman ağsaqqalımıza minnətdarlıqla yanaşır, onun yaradıcılığını və mədəniyyətə gətirdiyi yeni nəfəsi yüksək qiymətləndiririk. O, rənglərlə işləməyin ustası idi. Xüsusilə də məzmunun mənasını açmağa kömək edən atribut və rəmzləri öz əsərlərində məharətlə tətbiq edirdi. Onun rənglərində musiqinin ritmi və ahəngi duyulurdu. Bu canlılıq hər rəssama xas olmur”.
Vətənin füsunkar təbiəti rəssamın duyğuları ilə həmahənglik yaradaraq rənglərdən ibarət nəhəng bir çələngə çevrilib. Fırça ustasının Göygölün təsvirinə həsr edilmiş silsilə əsərləri xüsusi ilə diqqət cəlb edir. Xalq rəssamı Azərbaycan təbiətinin incilərindən sayılan bu mavi gözlü gözəlin müxtəlif variantlarda təsvirini yaradıb. Onun qurduğu kompozisiyalar, rəng ötürmələri, koloritlik öz bənzərsizliyi ilə seçilir. İki il ərzində Kəpəz dağının 25-dən artıq akvarel görünüşünü kətana naxışlayan Hüseyn Əliyev həqiqətən möcüzə yaradıb.
Xalq rəssamı Mikayıl Abdullayev sənət dostunun bu uğurundan vəcdə gələrək yazırdı: “Dünya təcrübəsində yalnız italyan rəssamının bir dağın on görünüşündən başqa heç kim bir obyektin 25 görüntüsünü kətan üzərində əks etdirməyib”.
Hüseyn Əliyevin “Zəngəzur mənzərəsi”, “Zəngəzur dağları”, “Şəki şəlaləsi”, “Comərdli mənzərəsi”, “Meşədə qış”, “Payız”, “Qürub çağı” kimi əsərləri incə müşahidə qabiliyyətinin məhsuludur.
Hüseyn Əliyev həm də portret janrının ustadı idi. Çəkdiyi portretin hər biri insanın daxili dünyasını, sənətini əks etdirmək baxımından maraq doğurur. Məsələn, əlləri qoynunda dayanmış Hüseyn Cavidin portreti çox canlı və mənalıdır. Eləcə də Nizami Gəncəvinin portreti də düşündürücü təsir bağışlayır. Hüseyn Əliyevdən bizə ərməğan qalan bir sıra portretlər var ki, tarixilik baxımından böyük əhəmiyyət daşıyır.
Həyat, sevgi, gözəllik, dinamizm - Hüseyn Əliyev yaradıcılığını bu cür xarakterizə etmək olar.
- 14:57 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 12:49 “Bayram gəlir elimə” adlı şənlik keçirilib
- 12:47 “Biz xoşbəxt uşaqlarıq” adlı çoxjanrlı beynəlxalq müsabiqə keçiriləcək
- 12:27 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbində konsert keçirilib
- 12:25 Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən virtual kitab sərgisi hazırlanıb
- 12:00 Novruz bayramına həsr olunmuş konsert proqramı təşkil olunub
- 11:08 “Bahar - ən gözəl qızısan sən təbiətin!” adlı bayram konserti keçirilib
- 11:04 Türk Mədəniyyəti və İrsi Fondu ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında Memorandum imzalanıb
- 11:00 Musiqi məktəbində Novruz bayramına həsr olunan tədbir keçirilib
- 10:00 “Bahar nəğməsi” adlı konsert keçirilib
- 09:34 Füzulidə Yaradıcılıq Məktəbi düşərgəsi yekunlaşdı
- 09:24 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb
- 09:18 UNESCO-nun mənzil-qərargahında 12 ölkənin təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib
- 09:15 Müəllimlərin attestasiyasının keçirildiyi Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil olunub
- 19:07 “Bitməmiş məktub və nakam ömür” adlı tədbir keçirilib
- 18:46 “Milli – mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib
- 15:48 A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib
- 15:39 “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirilib
- 15:17 Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
- 11:56 Professor Əkbər Ağayevin anadan olmasının 110 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlanıb
- 11:55 Milli Kitabxanada tanınmış ictimai xadim Qənirə Paşayevanın 50 illiyi münasibətilə sərgi hazırlanıb
- 11:21 “Nağılların audiovizual təqdimatı” layihəsi çərçivəsində növbəti təqdimat
- 10:47 “Pişiyin evi” kukla tamaşası təqdim olunub
- 10:38 “Novruz sevincləri” adlı bayram tədbiri keçirilib
- 09:35 Bu gün Torpaq çərşənbəsidir
- 09:31 Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun xatirəsi anılıb
- 09:29 Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub
- 16:00 “Sağlam dostlar” adlı təlim keçirilib
- 15:49 Qazaxıstanda dünya xalqlarının mədəni irsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib
- 15:03 Uşaq Opera Teatrının tanınmış bəstəkarın 75 illiyinə ərməğanı
- 14:42 Adil Kərimli dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
- 14:12 Azərbaycanlı rəssamların əsərləri Berlində açılan sərgidə nümayiş olunur
- 11:20 Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb
- 10:49 Beynəlxalq konfransın əcnəbi iştirakçıları Xudavəng monastırı ilə tanış olublar
- 10:06 Bu gün görkəmli aktyor Hüseyn Ərəblinskinin doğum günüdür
- 09:43 Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev dünyasını dəyişib
- 09:32 Xalq artisti Ənvər Həsənov vəfat edib
- 09:29 Bakıda “1000000 Zəkanın Şifrəsi” kitabının təqdimatı olub
- 09:17 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün Novruz şənliyi keçirilib
- 16:35 Üzeyir Hacıbəylinin ev-muzeyində “O olmasın, bu olsun” operettasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib
- 16:12 Bakıda “Qədim insan məskənlərinin mühafizəsi təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilir
- 15:49 “Novruz bayramı milli-mənəvi dəyərlərimizin təcəssümüdür” mövzusunda tədbir keçirilib
- 15:18 "Sən elə sev ki..." kitabının təqdimatı keçirilib
- 14:56 "Əbədi iz" adlı söhbət keçirilib
- 12:20 Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert olub
- 09:47 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 09:35 Mədəniyyət Nazirliyi və Kino Agentliyi 2025-ci il üzrə film layihələri müsabiqəsi elan edir
- 09:23 Baharın “Ulduz”u işıq üzü görüb
- 09:20 Beynəlxalq Muğam Mərkəzində “Muğamat axşamı” adlı konsert təşkil olunub
- 17:07 Daşkənddə “Odlar Yurdu – Azərbaycan” kitabının təqdimatı olub
- 15:57 “Novruz dostluq, həmrəylik, birlik bayramıdır” mövzusunda dəyirmi masa təşkil olunub
- 14:48 Dahi Nizami Gəncəvinin vəfatının 816-cı ildönümü münasibətilə beynəlxalq onlayn konfrans keçirilib
- 14:39 Mədəniyyət naziri Adil Kərimli Neftçala rayonunda vətəndaşları qəbul edib
- 11:39 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 11:24 Milli Kitabxanada “Mikayıl Rzaquluzadə - 120” adlı geniş kitab sərgisi açılıb
- 11:16 Əlilliyi olan uşaqlara həsr edilən himnə çəkilən klipin təqdimatı keçirilib
- 11:14 Kitabxanada Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
- 10:50 “Doğma torpaq” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb
- 10:47 “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək
- 09:59 Bu gün Xalq artisti Nodar Şaşıqoğlunun anadan olmasının 98 ili tamam olur