XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Milli Qəhrəman Etibar İsmayılovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
29/03/2023 00:20

Etibar İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. 1981-ci ildə burada məktəbi bitirib. 1990-cı ildə o erməni vəhşiliklərinə tab gətirə bilmir və könüllü müdafiə batalyonlarından birinə yazılıb.

Bir neçə batalyonda vuruşan Etibar Ağdam batalyonuna yazılır. O, kəşfiyyata gedər və vacib məlumatlar əldə edərdi. 1994-cü il yanvarın 4-də Etibarın tərkibində olduğu tabor yeni tapşırıq alır: Xocavənd rayonunda mövqe tutan erməni qəsbkarlarının arxasına keçmək və məlumat əldə etmək. Bu əməliyyat yerinə yetirilərkən onlar mühasirəyə düşürlər, Etibar döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır. Erməni faşistlərinin tankı ekipajla birlikdə məhv edilir. Onun bu qəhrəmanlığı dildən-dilə düşüb.

Azərbaycan Respublikası Prezidentinin  1994-cü il 5 yanvar  tarixli 86 saylı Fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Baxış sayı: 156