XƏBƏRLƏR
MƏLUMAT
Bu gün müğənni İlqar Xəyalın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
15/09/2022 00:55

İlqar Xəyal 1966-cı il sentyabr ayının 15-də Bakıda anadan olub. Orta təhsilini 190 nömrəli orta məktəbdə, ali təhsilini isə Azərbaycan Texniki Universitetində alıb. Tar üzrə musiqi təhsili var.

Gənclik illərindən müasir musiqiyə və geyimlərə meyl göstərib. “Bakı payızı” müsabiqəsinin birincisi olandan sonra 1988-ci ildə Sevinc Kərimova İlqarı “Karvan” qrupuna dəvət  edib və o zaman “Qərib durnalar” mahnısı təqdim olunub. “Karvan” qrupunun üzvü kimi ilk mahnısı “Sarı güllər” olub. Bu mahnıya çəkilən klip Azərbaycanda çəkilən ilk rəsmi klip sayılır. 1990-cı illərin əvvəlində məşhur “Karvan” qrupunun tərkibində məşhurlaşıb. Qrup dağılandan sonra solo karyerasını davam etdirib və müntəzəm konsertlərlə çıxış edir. Eyni zamanda İlqar Xəyal bir çox tədbirlərin fəal iştirakçısıdır.

Ailəlidir, üç oğlu var.

Baxış sayı: 155