
Bu gün Xalq artisti, əfsanəvi tarzən Qurban Primovun anım günüdür.
AZƏRTAC xəbər verir ki, bu gün tanınmış tarzən Qurban Pirimovun vəfatından 59 il ötür.
Azərbaycan musiqisi tarixində özünəməxsus yeri olan Qurban Pirimov 1880-ci ilin oktyabr ayında Ağdamın Abdal Gülablı kəndində anadan olub. O, məşhur aşıq Valehin nəticəsidir. Q.Pirimov on beş yaşında ikən müəllimi, müasir Azərbaycan tarının yaradıcısı Sadıqcanın xeyir-duası ilə Qarabağ toylarında seçilən xanəndələri müşayiət edib. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tarda ifasını bəyənib və onu özünə tarzən götürüb.
1905-ci il gənc tarzən üçün uğurlu olub. Belə ki, Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun ifasını bəyənib və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirib. Məşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanır. Şuşinski xatirələrində onu belə yad edir:
“Mən Qurban Pirimovu sonuncu dəfə 1965-ci il avqustun 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər, 85 yaşlı qocaman tarzən də iştirak edirdi. O, "Rahab" ifa edirdi. Sənət yollarında saç ağartmış tarzən öz sədəfli tarını sinəsinə, barmaqlarını simlərə gənclik ehtirası ilə toxundurduqca tellərdən qopan xoş, ürək oxşayan səda dinləyicilərin ruhunu oxşayırdı. Tarzən "Rahab"ı 23 dəqiqə çaldı. Dinləyicilər hərarətli təbrik sədaları altında qocaman tarzəni üç dəfə səhnəyə dəvət etdilər”. Bəli, onda özünəməxsus çalğı ştrixləri olub. Bunlar onun öz tapıntısı, ürəyinin hərarəti idi. Q.Pirimovu tanıyanlar onun həm də çox zarafatcıl bir insan olduğunu xatırlayırlar. Həmişə zarafatla tarzənlərə deyərmiş ki, birdən yolla gedəndə sizə daş atarlar, tez əllərinizi gizlədin. Bircə əllərinizi qoruyun. Qurban Pirimov haqlı idi. Bizləri heyrətə salan, möcüzələr yaradan məhz həmin əllər idi. Həmin əllərin sehrindən süzülən musiqi hər kəsin qəlbini fəth edə bilirdi.
Tarzənlər bu gün böyük sənətkarın yolunu davam etdirərək öz sələflərini unutmağa qoymurlar. Ancaq Qurban Pirimovun öz sözləri ilə desək, "öyrənmək ustad olmaqda ümdə şərtdir. Amma gərək hər bir ustadın öz barmaqları olsun".
Ustad sənətkar 1965-ci il avqustun 29-da Bakıda vəfat edib.
- 14:43 Mədəniyyət Evləri Novruz bayramına həsr olunmuş tədbir keçiriblər
- 11:53 "Zirədə Bahar Şəfəqi” adlı festival keçirilib
- 14:57 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 12:49 “Bayram gəlir elimə” adlı şənlik keçirilib
- 12:47 “Biz xoşbəxt uşaqlarıq” adlı çoxjanrlı beynəlxalq müsabiqə keçiriləcək
- 12:27 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbində konsert keçirilib
- 12:25 Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən virtual kitab sərgisi hazırlanıb
- 12:00 Novruz bayramına həsr olunmuş konsert proqramı təşkil olunub
- 11:08 “Bahar - ən gözəl qızısan sən təbiətin!” adlı bayram konserti keçirilib
- 11:04 Türk Mədəniyyəti və İrsi Fondu ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında Memorandum imzalanıb
- 11:00 Musiqi məktəbində Novruz bayramına həsr olunan tədbir keçirilib
- 10:00 “Bahar nəğməsi” adlı konsert keçirilib
- 09:34 Füzulidə Yaradıcılıq Məktəbi düşərgəsi yekunlaşdı
- 09:24 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb
- 09:18 UNESCO-nun mənzil-qərargahında 12 ölkənin təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib
- 09:15 Müəllimlərin attestasiyasının keçirildiyi Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil olunub
- 19:07 “Bitməmiş məktub və nakam ömür” adlı tədbir keçirilib
- 18:46 “Milli – mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib
- 15:48 A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib
- 15:39 “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirilib
- 15:17 Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
- 11:56 Professor Əkbər Ağayevin anadan olmasının 110 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlanıb
- 11:55 Milli Kitabxanada tanınmış ictimai xadim Qənirə Paşayevanın 50 illiyi münasibətilə sərgi hazırlanıb
- 11:21 “Nağılların audiovizual təqdimatı” layihəsi çərçivəsində növbəti təqdimat
- 10:47 “Pişiyin evi” kukla tamaşası təqdim olunub
- 10:38 “Novruz sevincləri” adlı bayram tədbiri keçirilib
- 09:35 Bu gün Torpaq çərşənbəsidir
- 09:31 Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun xatirəsi anılıb
- 09:29 Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub
- 16:00 “Sağlam dostlar” adlı təlim keçirilib
- 15:49 Qazaxıstanda dünya xalqlarının mədəni irsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib
- 15:03 Uşaq Opera Teatrının tanınmış bəstəkarın 75 illiyinə ərməğanı
- 14:42 Adil Kərimli dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
- 14:12 Azərbaycanlı rəssamların əsərləri Berlində açılan sərgidə nümayiş olunur
- 11:20 Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb
- 10:49 Beynəlxalq konfransın əcnəbi iştirakçıları Xudavəng monastırı ilə tanış olublar
- 10:06 Bu gün görkəmli aktyor Hüseyn Ərəblinskinin doğum günüdür
- 09:43 Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev dünyasını dəyişib
- 09:32 Xalq artisti Ənvər Həsənov vəfat edib
- 09:29 Bakıda “1000000 Zəkanın Şifrəsi” kitabının təqdimatı olub
- 09:17 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün Novruz şənliyi keçirilib
- 16:35 Üzeyir Hacıbəylinin ev-muzeyində “O olmasın, bu olsun” operettasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib
- 16:12 Bakıda “Qədim insan məskənlərinin mühafizəsi təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilir
- 15:49 “Novruz bayramı milli-mənəvi dəyərlərimizin təcəssümüdür” mövzusunda tədbir keçirilib
- 15:18 "Sən elə sev ki..." kitabının təqdimatı keçirilib
- 14:56 "Əbədi iz" adlı söhbət keçirilib
- 12:20 Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert olub
- 09:47 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 09:35 Mədəniyyət Nazirliyi və Kino Agentliyi 2025-ci il üzrə film layihələri müsabiqəsi elan edir
- 09:23 Baharın “Ulduz”u işıq üzü görüb
- 09:20 Beynəlxalq Muğam Mərkəzində “Muğamat axşamı” adlı konsert təşkil olunub
- 17:07 Daşkənddə “Odlar Yurdu – Azərbaycan” kitabının təqdimatı olub
- 15:57 “Novruz dostluq, həmrəylik, birlik bayramıdır” mövzusunda dəyirmi masa təşkil olunub
- 14:48 Dahi Nizami Gəncəvinin vəfatının 816-cı ildönümü münasibətilə beynəlxalq onlayn konfrans keçirilib
- 14:39 Mədəniyyət naziri Adil Kərimli Neftçala rayonunda vətəndaşları qəbul edib
- 11:39 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 11:24 Milli Kitabxanada “Mikayıl Rzaquluzadə - 120” adlı geniş kitab sərgisi açılıb
- 11:16 Əlilliyi olan uşaqlara həsr edilən himnə çəkilən klipin təqdimatı keçirilib
- 11:14 Kitabxanada Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
- 10:50 “Doğma torpaq” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb