İntiqam Soltan (İntiqam Soltan oğlu Həsənli) 1965-cı iln aprelin 12-də Naxçıvan MR-nın Ordubad rayonunun Nürgüd kəndində anadan olub. Azərbayçan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakultəsini 1990-cı ildə bitirən İntiqam Soltan ali dərəcəli aktyordur.
Aktyorluq karyerasına İrəvan Dövlət Azərbaycan Dram Teatrında başlayıb. Bu teatrda çalışarkən tamaşaya qoyulan demək olar ki, bütün əsərlərdə baş rolların ifaçısı olub. Onun yaratdığı P.Pancevin “Əkizlərin nağılı”nda dörd əkiz qardaş, G.Xuqayevin “Mənim qayınanam”da Elbrus, Z.Yaqubun “Didərginlər” əsərində gənc oğlan, Y.Əzimzadənin “Nəsirəddin” pyesində Nəsirəddin obrazları tamaşaçıların marağına səbəb olub.
1994-cü ildə Azərbaycan Dövlət Gənclər Teatrına dəvət alan İntiqam Soltan bu teatrda da öz yaradıcılıq metodları ilə seçilib. V.Şekspirin “Yay gecəsində yuxu” (Xoşsifət), “Hamlet” (Horatsio), M.Xubayenin “Neron” (Britannik), Ə.Əmirlinin “20 ildən sonra” (Otello), “Varlı qadın” (vəkil), P.Merimenin “Karmen” (Dankayre), V.Səmədoğlunun “Generalın son əmri” (Stalin), “Mamoy kişinin yuxuları” (Kəlləmanqoy), C.Məmmədquluzadənin “Qurbanəli bəy” (Molla Nəsrəddin), Ə.Səmədlinin “Xeyir və şər” (Xeyir) və teatrda səhnələşdirilən bir çox başqa tamaşalardakı bir-birindən fərqli amplualı rolları ona tamaşacı rəğbəti qazandırıb. Aktyor Dövlət Gənclər Teatrının kollektivi ilə bir sıra beynəlxalq teatr festivallarında iştirak edib.
İntiqam Soltan Azərbaycan teatr tarixində yeni bir səhifənin müəllifidir. Onun 1990-cı ildə yaratdığı “Körpəm” Eksperimental Uşaq Teatrı Azərbaycanda ilk peşəkar uşaq teatrı və azyaşlılara teatr sənətini öyrədən ilk müəllif məktəbi olub. Uşaqlarla iş təcrübəsi, “Körpəm” EUT-da quruluş verdiyi uğurlu tamaşalar 2002-ci ildə İntiqamSoltanın Bakı Şəhər Mədəniyyət İdarəsinin Uşaq Teatrının direktoru-bədii rəhbəri vəzifəsinə təyin olunması ilə nəticələnib. Hazırda İntiqam Soltan aktyorluq fəaliyyəti ilə məşğul olmaqla yanaşı, uşaqlarla işini də davam etdirir, Azərbaycan teatrı ücün yeni-yeni istedadlar yetişdirir, mədəniyyət tariximizə töhfələr verir. Bu illər ərzində onun onlarla yetirməsi İncəsənət Universitetinin tələbələrinə, məzunlarına, ölkədə müxtəlif teatrların aktyorlarına və rejissorlarına, teatr təhsili verən məktəblərin müəllimlərinə çevrilib. “Körpəm” EUT-da İntiqamSoltan quruluşunda onlarla tamaşa kiçik və böyük tamaşaçıların ixtiyarına verilib, teatr müxtəlif layihələr gerçəkləşdirib.
Bakı Uşaq Teatrında da uğurlu layihələrin gerçəkləşdirilməsi ənənələri davam etdirilir, Azərbaycan və dünya yazıçılarının əsərləri, xalq nağılları və s. uğurla səhnələşdirilir. Repertuarda İntiqamSoltanın quruluş verdiyi “Hərə olduğu kimi gözəldir”, “Turpun nağılı”, ”Xərçəng” (böyüklər üçün), “Şou-magiya”, “Fidan və qoğal”, “Qara sandıq”, “Sehirli çarıqlar”, “İki nəfər üçün oyun” və başqa tamaşalar var. Uşaq hüquqlarının müdafiəsinə qalxan “Şapalaqsız gün”, xəstəliklərə biganə münasibətin ailələrdə törətdiyi faciələrdən bəhs edən “ ”Qalan ömrün ilk günü”, narkomaniya və QİÇS bəlası ilə bağlı həyəcan təbili çalan “Xaşxaşın göz yaşı” tamaşaları isə, teatrın son illərdəki uğurlu işləridir. İntiqam-Soltanın quruluş verdiyi bu tamaşalar Avropa Şurasının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin sifarişi ilə hazırlanıb. Bakıda və bölgələrdə təhsil müəssisələrində, həbsxanalarda və s. nümayiş olunub. “Qalan ömrün ilk günü” tamaşası Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən videolentə alınaraq ingilis dilində titrlərlə bir sıra Avropa təşkilatlarına göndərilib. “Xaşxaşın göz yaşı” tamaşası Avropa Şurasının narkotiklərlə mübarizə üzrə PAMPİDOU qrupunun gənclərin iştirakı ilə gerçəkləşdirilən ən innovativ layihə diplomuna layiq görülüb. Teatrda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi ilə hazırlanmış Arzu Soltanın “Qeyri-adi məhkəmə” və Gənclər və İdman Nazirliyinin sifarişi ilə eyni müəllifin əsəri əsasında hazırlanmış “Həyatla oyun”, “Günahsız günahkarlar” tamaşaları da maarifləndirici xarakter daşıyır. “Həyatla oyun” tamaşası demək olar ki, Bakıdakı bütün tədris ocaqlarında və eləcə də bölgələrdə nümayiş olunub. İntiqam-Soltanın quruluş verdiyi Azərbaycanın himninə və bayrağına həsr olunmuş “Vətən” tamaşası teatrın repertuarında fəxri yer tutur. 2006-cı ildə İntiqam Soltan Vektor Beynəlxalq Elm Mərkəzinin diplomuna layiq görülüb və onun adı XXI əsrin Azərbaycan ziyalıları kitabına salınıb. 2007-ci ildə İntiqam-Soltan Bakıdakı cəzaçəkmə müəssisələrindən birində məhbusların iştirakı ilə QİÇS xəstəliyi və narkomaniya əleyhinə yönəlmiş tamaşaya quruluş verib. Eyni zamanda “Cəzacəkmə müəssisələrində gənclərlə iş” tədris vəsaitini çapa hazırlayıb. Bakı Uşaq Teatrı İntiqam-Soltanın rəhbərliyi ilə “Azərbaycan nağılları” və “Azərbaycan dastanları” silsilə audiokitabların hazırlanması layihəsini həyata keçirib. Teatr Türkiyənin müxtəlif şəhərlərində Ankara, İstanbul, Sinop, Giresun, Amasya, Ərzurumda teatr festivallarında iştirak edib. 2012-ci ilsə Bakı Uşaq Teatrı və Türkiyənin Eksanat teatrı “Türk xalqlarının teatrı”adlı birgə layihə həyata keçiriblər. Layihə çərçivəsində hazırlanan “Əsgər Dursun” adlı tamaşada həm Azərbaycandan, həm də Türkiyədən olan aktyorlar rol alıb. Tamaşa hər iki ölkədə uğurla nümayiş etdirilib. Azərbaycanda təşkil olunan çeşidli festivallarda da uğurla iştirak edən Bakı Uşaq Teatrı 2011-ci ildə mono tamaşalar və 2014-2015-ci illərdə Türkiyə, İran və Gürcüstandan olan teatr truppalarının da qatıldığı “Bizim Teatr” festivallarını təşkil edib və böyük uğurla gerçəkləşdirib.
İntiqam Soltan Azərbaycanda 1998-ci ildən bəri iki ildən bir keçirilən Əlillərin ÜmumRespublika Yaradıcılıq Müsabiqəsi layihəsinin müəllifi, münsiflər heyətinin sədri və yekun konsertinin rejissoru olub. Aktyor İntiqam Soltan bir sıra filmlərdə də rol alıb. Onun filmoqrafiyasında "Cavid ömrü" ( 2007), "Doğma sahillər" (1989), "Dolu" (2012), "Əlvida, cənub şəhəri" (2006), "Əziz dost" (2006), "Girov" (2005), "Kəndim+nizə qayıdın!?" (2007), "Qara bayram" (2010), "Milçək" (2006), "Ömürdən uzun gecə" (1996), "Sirat körpüsü" (2007), "Yanmış körpülər" (2003) filmləri var. İntiqam Soltan həmçinin "Həyat varsa" (2012), "Pərvanələrin rəqsi" (2012), "Səndən sonra" (2014), "Qız yükü" (2014) seriallarında əsas rolları ifa edib.
“Səndən xəbərsiz”, “Və s. Və s. Və s. ” kitablarının müəllifidir. 2014-cü ilin martında İntiqam Soltan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 may tarixli Sərəncamı ilə İntiqam Soltaba “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adı verilib.
2019-cu ildə isə İntiqam Soltanın müəllifi olduğu daha bir kitab - "Çətin tərbiyə olunan uşaqların tərbiyəsində teatr metodlarından istifadə" adlı metodik vəsait işıq üzü görüb.
2020-ci ilin yanvarından Bakı Uşaq Teatrı Bakı Uşaq və Gənclər Teatrı adlandırılıb və Azərbaycan Respublikasının Əməkdar artisti İntiqam Soltan həmin teatrın direktoru-bədii rəhbəri kimi fəaliyyətini davam etdirməkdədir.
İntiqam müəllimi doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib