XƏBƏRLƏR
MƏLUMAT
Brioş (Brioche)
ÜMÜMİ XƏBƏRLƏR
01/07/2021 01:49

Brioş - keksə bənzəyən yüngül, şirin fransız çörəyidir. Bu reseptdə sizə sadə Brioş çörəyi necə hazırlanır izah edəcəyik. İstəyə uyğun olaraq içərisinə quru üzüm, şokolad da əlavə edilərək hazırlana bilər. 

Tərkibi

500 qram un

7 ədəd yumurta

80 qram şəkər tozu

250 qram kərə yağı

1 çimdik duz

1 çimdik vanil

Unu duz, şəkər tozu, vanil və quru maya ilə qarışdırırıq. Buraya 6 ədəd yumurtanı qırıb əlavə edirik. 10-13 dəqiqə yoğurun. Xəmir tam elastik olmalıdır və qabın kənarlarına yapışmamalıdır.

Soyuq kərə yağını kub formasında kəsib xəmirə əlavə edin. 10 dəqiqə yenidən yoğurun. Daha sonra üzərini örtüb 45 dəqiqə isti yerdə saxlayın.

Daha sonra xəmiri kənarlarını ortasına yığaraq yenidən yoğurun. Gecədən səhərə kimi xəmiri soyuducada saxlayın. Ya da 1-2 saat dondurucuda saxlaya bilərsiniz.

Hazır olan xəmirdən diametri 5 sm olan toplar hazırlayırıq. Perqament kağızının üzərinə sırayla düzüb və isti yerdə 60 dəqiqə gözlədin.

Üzərinə yumurta çəkilir. İstəyə uyğun olaraq üstünə küncüt də tökə bilərsiniz. 170 dərəcədə 10 dəqiqə bişirin.

Nuş olsun!

Baxış sayı: 335