XƏBƏRLƏR
MƏLUMAT
Bakıda Belarus Mədəniyyəti Günləri keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
01/04/2024 09:24

Azərbaycan ilə Belarus arasında əlaqələrin dərin tarixi var və bu əməkdaşlıq geniş spektri əhatə edir. İki ölkənin münasibətlərində mədəni əməkdaşlıq əhəmiyyətli mövqeyə malikdir. Müxtəlif illərdə dəfələrlə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, paytaxtlarımızda təşkil olunan kitab sərgilərində iştirak, eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin mütəmadi səfərləri və s. çoxcəhətli mədəni əməkdaşlığın göstəricisidir.

1-4 aprel tarixlərində Bakıda keçiriləcək Belarus Mədəniyyəti Günləri ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına yeni töhfə olacaq.

Baxış sayı: 190