
Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Bu, təkcə bizim deyil, eyni zamanda, Azərbaycanın uğurudur. Düşünürəm ki, hər bir yaradıcı insan ölkəmizin təbliği işinə qismən də olsa öz töhfəsini verməlidir. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq. Çəkdiyimiz filmlər son iki ildə beynəlxalq festivallarda 155 mükafat alıb.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Şollerin arxivi” bədii filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov deyib.
Ölkə başçısının almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə imzaladığı müvafiq Sərəncama uyğun olaraq, “Şollerin arxivi” filmini çəkdiklərini söyləyən rejissor deyib ki, bu film Alman-Azərbaycan dostluğundan, Azərbaycanın multikultural dəyərlərindən bəhs edir: “Dünya mediasında, jurnallarda, saytlarda filmimiz barədə çoxsaylı yazılar yayımlandı. Dünya distribüterləri tərəfindən filmlərimiz “iPitch.tv”, “Vimeo”, “Amazon” platformasına yerləşdirildi. Dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir. “Şollerin arxivi” filmindən sonra dünyanın bir çox ölkələrindən festival təşkilatçıları filmlərimiz üçün bizə müraciət etdi”.
Daha sonra “Stalinin qaranlıq keçmişi”, “Nobel qardaşlarının ilk uğuru”, “100 illik şərəfli ömür” sənədli filmlərini istehsal etdiklərini söyləyən Cəlaləddin Qasımov bu ekran əsərlərinin də Avropada uğur qazandığını söyləyib.
“Bu filmlərlə Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq işinə gücümüz daxilində töhfələr verməyə çalışdıq. ABŞ Nümayəndələr Palatasının sponsorluğu ilə keçirilən festivalda qalib olduq, müvafiq jurnalda filmin adı qaliblər sırasında yer aldı. Konqresmen Cimmi Qomes tərəfindən imzalanmış diploma layiq görüldük” - deyə, Cəlaləddin Qasımov vurğulayıb.
O, ötən ilin dekabr ayında uğur qazandığı bir sıra beynəlxalq kino festivalların adlarını da çəkib: “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi Hindistanın “Lake City Internatıonal Fılm Festıval” tərəfindən “Ən yaxşı rejissor”, “Stalinin qaranlıq keçmişi” sənədli filmi isə “Ən yaxşı sənədli film” kateqoriyaları üzrə qalib sertifikatları ilə mükafatlandırıldı. “Stalinin qaranlıq keçmişi” və “Nobel qardaşlarının ilk uğuru” ekran əsərləri minlərlə film arasından seçilərək Argentinanın “BUEIFF CHANNEL” festivalına daxil olunub və ölkəmizi təmsil edib. Film BUEIFF tədbirinin HCD Teatrında (Buenos Aires, Argentina) nümayiş olunacaq. Bundan əlavə “Şollerin arxivi” filmi Almaniyanın “Cinema of Nations”, “Edam günü” filmi Türkiyənin “Nartugan Film Festivali”nın seçilmişlər siyahısına daxil olub. Hindistanın “5th Internatıonal Folklore Fılm Festıval 2022@Indıa” festivalına “Stalinin qaranlıq keçmişi” filmi seçilib. İngiltərənin “Filmmakers United İnternational Film Festival”ında “Edam günü” filmi seçilmişlər siyahısına daxil edilib və sertifikatla təmin olunub. “Şollerin arxivi” filmi isə festivalda “Fəxri Ad” qazanıb və sertifikat əldə edib”.


- 09:49 Əməkdar artist Elza Seyidcahanın konserti keçirilib
- 12:19 “Muzeydə musiqi” layihəsi çərçivəsində yeni mövsüm Teymur Kazımovun solo konserti ilə açılıb
- 10:48 Bu gün Xalq artisti Siyavuş Aslanın anadan olmasının 90-cı ildönümü tamam olur
- 16:52 Azərbaycan Dövlət Kukla Teatrı Qazaxıstanda keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək
- 15:32 “Tağıyev: Neft” filmi “Oskar” mükafatına namizəd təqdim edilib
- 14:16 Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 11:43 Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılacaq
- 09:52 “Yağışı sevməyən uşaq” adlı tamaşa nümayiş olunub
- 09:24 “Şərəf” ordeni Xalq artisti Afaq Bəşirqızına təqdim olunub
- 09:20 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı olub
- 09:11 Azərbaycan Milli Kitabxanasına Mərakeş mədəniyyətini əks etdirən kitablar təqdim ediləcək
- 15:02 “Nağıl günü” adlı tədbir keçirilib
- 14:36 Azərbaycanlı artistlər Karaqandada keçiriləcək “DosStar” festivalında çıxış edəcəklər
- 14:19 "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyası Türkiyədə səhnələşdiriləcək
- 11:36 Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır
- 10:54 Milli Gənc Tamaşaçılar Teatrında 98-ci teatr mövsümünün başlanması münasibətilə görüş keçirilib
- 09:53 Bu gün görkəmli aktyor, Xalq artisti Yaşar Nurinin doğum günüdür
- 14:22 Bakıda İƏT Mədəniyyət Festivalı və “Yaradıcı həftə” keçiriləcək
- 12:20 Gənclər Kitabxanasında “Akademik Yusif Məmmədəliyev – 120” adlı elektron məlumat bazası hazırlanıb
- 09:18 Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək
- 09:13 Bakı və Şamaxıda Nəsimi festivalına hazırlıqlar başlayıb
- 12:30 Film layihələrinin pitçinq mərhələsinə start verilir
- 12:13 Suraxanı rayon Heydər Əliyev Mərkəzini rayon sakinləri ziyarət ediblər
- 11:45 Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür
- 00:09 Gənc müğənnilər Səbinə Əskərova və Sənan Əliyevin konserti keçirilib
- 16:46 Xətai rayonunda II Kəlağayı Festivalı təşkil olunacaq
- 14:36 “Balaca qəlblərlə böyük irsə səyahət” adlı tədbir keçirilib
- 14:30 Mədəniyyət naziri Şəmkirdə dörd rayondan sakinlərin müraciətlərini dinləyib
- 10:41 Bu gün görkəmli tarzən Qurban Pirimovun anım günüdür
- 10:13 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 10:03 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 09:35 “Sierra” avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi ilə bağlı onlayn görüş
- 15:50 “Heydər Əliyev milli-mənəvi dəyərlərimizin keşiyində” adlı dəyirmi masa keçirilib
- 15:06 Gənclər Kitabxanasında yazıçı Əlibala Hacızadənin xatirəsi anılıb
- 14:04 Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi olub
- 12:41 Kino Agentliyində növbəti görüş
- 12:05 Bu gün görkəmli yazıçı Əlibala Hacızadənin anadan olmasından 90 il ötür
- 09:19 “MDB ölkələrinin Gənclər Düşərgəsi” çərçivəsində ustad dərsləri təşkil olunub
- 09:17 Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub
- 12:18 Bu gün Xalq artisti Tofiq Tağızadənin vəfatından 27 il ötür
- 12:04 Azərbaycanlı operatorlar “Qızıl göz” festivalına dəvət olunub
- 12:01 Batuxan Baymenin “NOMADE BLACK & WHITE” sərgisi Bakıda açıldı
- 11:16 Bu gün dramaturq Seyfəddin Dağlının doğum günüdür
- 10:07 Yasamal rayon Heydər Əliyev Mərkəzini turistlər ziyarət ediblər
- 09:31 Laçın Şəhəri Günü münasibətilə möhtəşəm konsert proqramı təqdim olunub
- 17:11 Laçında tanınmış rəssam Yusif Mirzənin “31 il sonra” adlı fərdi sərgisi açılıb
- 15:28 Milli Kitabxananın yeni sərgiləri
- 15:09 MEK “Humanizm və inkişaf missiyası” adlı ənənəvi kitab sərgisini təqdim edir
- 14:04 Laçında “Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” mövzusunda panel müzakirə keçirilib
- 13:54 Qala Qoruğunda Xalq rəssamı Əşrəf Heybətovun “Doğma Qala” adlı fərdi sərgisi açılıb
- 10:25 Bu gün Xalq artisti Həsən Məmmədovun anım günüdür
- 09:44 Bu gün Beynəlxalq Azərbaycan Muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür
- 09:35 IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vurulub
- 09:33 Bu gün Laçın Şəhəri Günüdür
- 09:16 Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür
- 16:08 Azərbaycanlı tarzənin konserti Almaniyanın ARTE telekanalında nümayiş olunub
- 14:12 Gənclər Kitabxanasında Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətilə sərgi açılıb
- 11:48 “Azad torpaqlarda qadınların və uşaqların xoşbəxt gələcəyi” mövzusunda tədbir keçirilib
- 11:43 “Tıq-tıq xanımın sərgüzəştləri” adlı kukla tamaşası nümayiş olunub
- 11:40 Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür