XƏBƏRLƏR
MƏLUMAT
Anar Rzayev “OxuMalı” layihəsinin ilk qonağı olub
ÜMÜMİ XƏBƏRLƏR
25/09/2020 09:01

Azərbaycan Yazıçılar Birliyinin sədri, rejissor və senarist, ictimai xadim, Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli, Heydər Əliyev mükafatı ilə təltif edilmiş, Dövlətlərin Parlamentlərarası Assambleyasının mükafatına layiq görülmüş Xalq yazıçısı Anar Rzayev Bakı Kitab Mərkəzinin “OxuMalı” layihəsinin ilk qonağı olub. Bu barədə Trend Life xəbər paylaşıb.

“OxuMalı” layihəsi çərçivəsində tanınmış şəxsiyyətlər, ziyalılar, kütləvi informasiya vasitələrinin nümayəndələri öz sevimli kitabları haqqında  fikirlərini bölüşəcək, ədəbiyyat sahəsində üstünlük verdikləri mövzular barədə söz açacaqlar. Eyni zamanda onlar dünyayagörüşlərinə təsir gösdərmiş, parlaq təəssürat oyatmış əsərlər barədə də izləyicilərlə fikirlərini paylaşacaqlar.

Tövsiyə olunan əsərlər siyahısında həm Azərbaycan, həm də dünya ədəbiyyatı nümunələrini görmək mümkündür. Bakı Kitab Mərkəzi yeni layihənin gənclərin və cəmiyyətin mütaliəyə və bütövlükdə ədəbiyyata marağının artmasına mühüm töhfə verəcəyinə inanir. Layihəni Bakı Kitab Mərkəzinin sosial şəbəkələrində hər həftənin çərşənbə günü saat 20:00-da və təkrarını cümə günü 22:00-da izləmək mümkündür.

Baxış sayı: 206