Hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Ənənəyə əsasən, hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar.
Azərbaycan teatr sənəti çox qədim və zəngin bir tarixə malikdir. XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan verib. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olub. Belə ki, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynayıb. Görkəmli maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulub.
Uzun və şərəfli bir yol keçən Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmizdə 30-a yaxın dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 1000-ə yaxın aktyor çalışır.
Ölkə rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişafına xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Ölkə başçısının imzaladığı “Teatr və teatr fəaliyyəti haqqında” qanun (2006), “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam (2007), “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı (2009) və digər sənədlər teatr sahəsinə olan diqqət və qayğını göstərir, teatr prosesinin inkişafına xidmət edir. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı da uğurla həyata keçirilib. Onillik bir dövrü əhatə edən proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Musiqili, Mingəçevir, Şuşa, İrəvan, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb.
Ötən illər ərzində teatrlarımız dünyanın 20-dən artıq ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, Başqırdıstan, İsveçrə, Moldova və Serbiyada keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil ediblər. Eyni zamanda, xarici ölkələrdən 10-dan çox teatr kollektivi Azərbaycanda qastrol səfərində olub, 30-dək tanınmış rejissor, baletmeyster xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət edilib.
Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə martın 10-u ölkəmizdə Milli Teatr Günü kimi qeyd edilir.
- 16:48 “İzi qalanlar” adlı anım tədbiri keçirilib
- 16:32 Qaradağ rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 16:18 “Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib
- 15:23 “İki Ali Dəyəri Birləşdirən Müdrik Qadın” adlı tədbir keçirilib
- 14:08 Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər
- 14:02 Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb
- 12:20 Mədəniyyət naziri Adil Kərimli Qubada vətəndaşları qəbul edəcək
- 11:47 Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub
- 11:41 Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 11:39 Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb
- 11:05 “Asılılığın fəsadları” adlı marifləndirici tədbir keçirilib
- 10:40 Böyük yazıçı, alim və pedaqoq
- 09:53 Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək
- 09:41 Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib
- 09:37 Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib
- 09:34 Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
- 17:40 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 17:37 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 16:03 Yuğ teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır
- 15:00 Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub
- 12:27 Türkmən şairi Maqtımqulu Fraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub
- 11:37 Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür
- 10:38 Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
- 10:29 İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
- 09:49 Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
- 09:26 Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
- 09:25 Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
- 09:22 Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 17:01 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 16:45 Yazıçı, şair Şövkət Zərin Horovlunun yaradıcılıq gecəsi keçirilib
- 16:34 "Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda dəyirmi masa keçirilib
- 15:02 Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 14:56 Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 11:59 33 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 11:54 Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb
- 09:59 “Qırğız Kino Günləri”nin açılış mərasimi keçirilib
- 09:34 Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
- 09:31 İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub
- 17:20 Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər
- 16:28 Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb
- 14:29 Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq
- 12:16 Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək
- 12:10 “Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa
- 11:53 İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb
- 11:47 Uşaq yazarları ilə görüş keçirilib
- 11:00 Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb
- 09:45 Bu gün Dünya Kitab və Müəlliflik Hüququ Günüdür
- 09:38 “Xalqın mədəni sərvəti” sənət layihəsinin bağlanış mərasimi olub
- 09:33 V “Məmməd Araz Poeziya günü”nə yekun vurulub
- 17:04 Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evində Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib
- 16:55 “60 çiçək – bir çələng” Zəfər almanaxının təqdimatı keçirilib
- 16:41 Bakı Müasir Musiqi Cəmiyyəti Fərəc Qarayevin yaradıcılığına həsr olunmuş konsert təşkil edəcək
- 15:36 “Utancaq qız” növbəti dəfə səhnədə
- 15:08 Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
- 11:07 Şüvəlan qəsəbə Mədəniyyət evi “Çiçəklənən ölkəmiz” adlı aksiya keçirib
- 11:04 Yazıçı-publisist Hacı Qəni Camalzadə ilə görüş keçirilib
- 10:41 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən layihə davam edir
- 10:30 “Gəncliyin məhvi- narkomaniya” adlı maarifləndirici söhbət keçirilib
- 10:27 Bu gün Xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 113-cü ildönümü tamam olur
- 09:35 Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək