XƏBƏRLƏR
MƏLUMAT
Xəzər rayon MKS-nin 2 nömrəli kitabxana filialında tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2024 17:01

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialında görkəmli Azərbaycan şairi Abbas Səhhətın 150 illik yubileyi və 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Abbas Səhhətin həyat və yaradıcılığından bəhs edilib , Azərbaycanda uşaqlara qarşı göstərilən diqqət və qayğıdan söhbət açılıb.

Daha sonra 231 nömrəli tam orta məktəb şagirdləri ədibin şeirlərini səsləndiriblər.

Baxış sayı: 279