
Azərbaycan opera müğənnisi, Azərbaycanın və Dağıstanın Xalq artisti, professor Azər Zeynalov 1964-cü il dekabrın 13-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1969-cu ildən Bakıda yaşayan Azər 1972-ci ildə 132 nömrəli tam orta məktəbə və 12 nömrəli musiqi məktəbinin fortepiano sinfinə gedib. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu şöbəsinə daxil olub, arada 2 il hərbi xidmətə gedib və 1989-cu ildə dram rejissoru ixtisası ilə təhsilini başa vurub. 1990-cı ildə musiqiyə olan sevgisi onu Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına gətirib və bir müğənni kimi o, ilk addımlarını bu teatrın səhnəsində atıb. Bərabər olaraq Rafiq Babayevin "Cəngi" ansamblında da fəaliyyət göstərib və həmin il "Odlar Yurdu Bakı-90" mahnı müsabiqəsinin laureatı seçilib. 1992-ci ildə 2-ci təhsil almaq üçün Bakı Musiqi Akademiyasının vokal şöbəsinə daxil olub.
1994-cü ildə İtaliyada qəbul imtahanı verərək "Aqostino Steffani" adına (Kastelfranko Veneto şəhəri) İtaliya Dövlət Konservatoriyasının vokal şöbəsinə qəbul olub, orada dahi italyan müğənnisi Mario del Monakonunvaxtilə tələbəsi və asistenti olmuş professor Alemanno Osvaldodan 2 il vokal dərsi alıb, 1996-cı ildə "Opera ifaçısı" ixtisası ilə oranı bitirib, Azərbaycana dönmüş və Bakı Musiqi Akademiyasında yarımçıq qalmış təhsilini də başa vurub.
1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. "Lirik-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. Azər Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edib. Buna Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq Quliyevin "Bəxtəvər oldum", "Azərbaycan", Rauf Hacıyevin "Leyla", Ramiz Mirişlinin "Vətən harayı”, Ruhəngiz Qasımovanın "Səninləyəm, Azərbaycan", Ramiz Mustafayevin "Məhəmməd və Leyla", Vasif Adıgözəlovun "Qəm karvanı", "Təntənəli kantata", "Çanaqqala", "Qarabağ şikəstəsi", Mobil Babayevin "Ölüm-qara qarışqa", Azər Dadaşovun "Ana yurdu" odası, Siyavuş Kəriminin "Ömrümün istəyi", "Sənsizləmişəm", Sevil Əliyevanın "Əziz anam" və s. bu kimi əsərləri misal çəkmək olar. Onun repertuarında xalq mahnıları da xüsusi yer tutub.
"Şükriyyə" adlanan ilk CD-albomu 1997-ci ildə Türkiyənin RAQS şirkəti tərəfindən işıq üzü görüb. Öz ifası ilə xarici dövlətlərin böyük konsert salonlarında, o cümlədən İtaliya, Avstriya, İngiltərə, Fransa, İsveç, Almaniya, Çexiya, Holland, Çin, Türkiyə, ŞKTR, Rusiya, Belarus, Moldova, Qaqauz, Ukrayna, Dağıstan, Gürcüstan, Tacikistan, Başqırdıstan, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Türkmənistan, Özbəkistan, Macarıstan, Hindistan, Mərakeş, Misir, Səudiyyə Ərəbistanı, Vyetnam, ABŞ, Kanada və s. ölkələrdə dəfələrlə çıxış edib.
Azər Zeynalov bir çox mükafatlara layiq görülüb. 1995-ci ildə "Avropa Türk-İslam Kültür Cəmiyyəti" tərəfindən qızıl medalla təltif olunub. Opera səhnəsində ifa etdiyi bir çox rollara görə müxtəlif mükafatlar alıb. 1998-ci ildə birbaşa olaraq “Azərbaycan Respublikasının Xalq artisti”, 2008-ci ildə isə “Dağıstan Respublikasının Xalq artisti” fəxri adına layiq görülüb.
2013-cü ildə O, "Türksoy" təşkilatının yaranmasının 20 illiyi münasibətilə təsis etdiyi medalla təltif olunub. "A Classic vokal qrupu"-nu da həmin ildə yaradıb.
Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Vokal" kafedrasının müdiri, 2015-ci ildən isə "Musiqili teatr aktyoru" kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdə olub. Həmçinin 2015-ci ildə o, Azərbaycan Milli Konsevatoriyasında yeni yaradılmış “Milli vokal” kafedrasınin quruculuq işlərini aparmaq məqsədilə ictimai əsaslarla bu kafedraya müdir təyin olunub və beləliklə 2015-2016-cı tədris illərində o, hər iki ali məktəbdə kafedra müdiri kimi fəaliyyət göstərib. 2016-2017-ci tədris ilindən etibarən pedaqoji fəaliyyətini yalnız Azərbaycan Milli Konservatoriyasında davam etdirərək burada Milli vokal kafedrasına rəhbərlik edir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2009-cu ildə ona Vokal kafedrası üzrə dosent, 2013-cü ildə isə professor elmi adı verilib. 2008-ci ildən vokal ifaçılığının tədrisi üçün maqistr və bakalavr təhsil pilləsi üzrə bir çox fənnlərdən proqramlar tərtib edib. Onun 2012-ci ildə çapdan çıxardığı "Vokal ifaçılığı" kitabı ali musiqi məktəblərində klassik opera-vokal ixtisası üzrə təhsil alan tələbələr üçün ana dilimizdə ilk dərslikdir.
- 16:52 Azərbaycan Dövlət Kukla Teatrı Qazaxıstanda keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək
- 15:32 “Tağıyev: Neft” filmi “Oskar” mükafatına namizəd təqdim edilib
- 14:16 Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 11:43 Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılacaq
- 09:52 “Yağışı sevməyən uşaq” adlı tamaşa nümayiş olunub
- 09:24 “Şərəf” ordeni Xalq artisti Afaq Bəşirqızına təqdim olunub
- 09:20 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı olub
- 09:11 Azərbaycan Milli Kitabxanasına Mərakeş mədəniyyətini əks etdirən kitablar təqdim ediləcək
- 15:02 “Nağıl günü” adlı tədbir keçirilib
- 14:36 Azərbaycanlı artistlər Karaqandada keçiriləcək “DosStar” festivalında çıxış edəcəklər
- 14:19 "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyası Türkiyədə səhnələşdiriləcək
- 11:36 Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır
- 10:54 Milli Gənc Tamaşaçılar Teatrında 98-ci teatr mövsümünün başlanması münasibətilə görüş keçirilib
- 09:53 Bu gün görkəmli aktyor, Xalq artisti Yaşar Nurinin doğum günüdür
- 14:22 Bakıda İƏT Mədəniyyət Festivalı və “Yaradıcı həftə” keçiriləcək
- 12:20 Gənclər Kitabxanasında “Akademik Yusif Məmmədəliyev – 120” adlı elektron məlumat bazası hazırlanıb
- 09:18 Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək
- 09:13 Bakı və Şamaxıda Nəsimi festivalına hazırlıqlar başlayıb
- 12:30 Film layihələrinin pitçinq mərhələsinə start verilir
- 12:13 Suraxanı rayon Heydər Əliyev Mərkəzini rayon sakinləri ziyarət ediblər
- 11:45 Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür
- 00:09 Gənc müğənnilər Səbinə Əskərova və Sənan Əliyevin konserti keçirilib
- 16:46 Xətai rayonunda II Kəlağayı Festivalı təşkil olunacaq
- 14:36 “Balaca qəlblərlə böyük irsə səyahət” adlı tədbir keçirilib
- 14:30 Mədəniyyət naziri Şəmkirdə dörd rayondan sakinlərin müraciətlərini dinləyib
- 10:41 Bu gün görkəmli tarzən Qurban Pirimovun anım günüdür
- 10:13 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 10:03 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 09:35 “Sierra” avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi ilə bağlı onlayn görüş
- 15:50 “Heydər Əliyev milli-mənəvi dəyərlərimizin keşiyində” adlı dəyirmi masa keçirilib
- 15:06 Gənclər Kitabxanasında yazıçı Əlibala Hacızadənin xatirəsi anılıb
- 14:04 Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi olub
- 12:41 Kino Agentliyində növbəti görüş
- 12:05 Bu gün görkəmli yazıçı Əlibala Hacızadənin anadan olmasından 90 il ötür
- 09:19 “MDB ölkələrinin Gənclər Düşərgəsi” çərçivəsində ustad dərsləri təşkil olunub
- 09:17 Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub
- 12:18 Bu gün Xalq artisti Tofiq Tağızadənin vəfatından 27 il ötür
- 12:04 Azərbaycanlı operatorlar “Qızıl göz” festivalına dəvət olunub
- 12:01 Batuxan Baymenin “NOMADE BLACK & WHITE” sərgisi Bakıda açıldı
- 11:16 Bu gün dramaturq Seyfəddin Dağlının doğum günüdür
- 10:07 Yasamal rayon Heydər Əliyev Mərkəzini turistlər ziyarət ediblər
- 09:31 Laçın Şəhəri Günü münasibətilə möhtəşəm konsert proqramı təqdim olunub
- 17:11 Laçında tanınmış rəssam Yusif Mirzənin “31 il sonra” adlı fərdi sərgisi açılıb
- 15:28 Milli Kitabxananın yeni sərgiləri
- 15:09 MEK “Humanizm və inkişaf missiyası” adlı ənənəvi kitab sərgisini təqdim edir
- 14:04 Laçında “Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” mövzusunda panel müzakirə keçirilib
- 13:54 Qala Qoruğunda Xalq rəssamı Əşrəf Heybətovun “Doğma Qala” adlı fərdi sərgisi açılıb
- 10:25 Bu gün Xalq artisti Həsən Məmmədovun anım günüdür
- 09:44 Bu gün Beynəlxalq Azərbaycan Muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür
- 09:35 IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vurulub
- 09:33 Bu gün Laçın Şəhəri Günüdür
- 09:16 Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür
- 16:08 Azərbaycanlı tarzənin konserti Almaniyanın ARTE telekanalında nümayiş olunub
- 14:12 Gənclər Kitabxanasında Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətilə sərgi açılıb
- 11:48 “Azad torpaqlarda qadınların və uşaqların xoşbəxt gələcəyi” mövzusunda tədbir keçirilib
- 11:43 “Tıq-tıq xanımın sərgüzəştləri” adlı kukla tamaşası nümayiş olunub
- 11:40 Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür
- 09:28 Türkiyədə keçirilən “Kültür yolu” festivalında Azərbaycan təmsil olunub
- 09:24 Milli Kitabxanada Beynəlxalq Azərbaycan Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub
- 09:23 Laçında MDB gəncləri bir araya gəlir!