XƏBƏRLƏR
MƏLUMAT
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/12/2023 14:18

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi və 9 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə çıxış edənlər görkəmli dövlət xadiminin ölkəmizin müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi naminə göstərdiyi misilsiz xidmətlərindən danışıblar. Bildiriblər ki, Ümummilli lider Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrində öz dərin izini qoymuş dahi şəxsiyyətdir.

Sonra konsert proqramı təqdim olunub.

Baxış sayı: 446